ƏR-RİYAD, ArabAZ

Səudiyyə Ərəbistanı regiondakı hadisələri müzakirə etmək üçün noyabrın 11-də “Ərəb-İslam təqibi üzrə birgə sammit” keçirməyə çağırır.ArabAZ xəbər verir ki, bu haqda Krallıən XİN Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Ər-Riyadda keçirilən İki Dövlətli Həllin Həyata keçirilməsi üzrə Qlobal Alyansın iclası çərçivəsində çıxışı zamçanı deyib.

O qedy edib ki, Krallıq İsrailin Fələstin ərazilərinə və Livan Respublikasına davam edən təcavüzünü və cari məsələləri müzakirə etmək üçün hicri 1446-cı il 9 Cümədül-əvvəldə miladi 11 noyabr 2024-cü il tarixinə Krallıqda birgə Ərəb-İslam təqib sammiti keçirməyə çağırır.

Qedy edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan ölkəsinin Qəzza və Livandakı müharibəni dayandırmaq və Fələstin məsələsində yekun həllə nail olmaq üçün lazım olan hər şeyi edəcəyini təsdiqləyib.
“Fələstin Dövlətinin yaradılması İsraillə münasibətlərin qurulması üçün ilk şərtdir və ölkəsi UNRWA-nı dəstəkləyir”-deyə o əlavə edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Livan və Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Ərəb-İslam zirvəsi elan edib və Fələstin dövlətinin tanınması barədə danışmağa başlayan böyük Qərb və Şərq ölkələrinin olduğuna diqqət çəkib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri vurğulayıb ki, bu görüş 90 ölkə və dövlət təşkilatının bu tədbirdə bir məqsədlə, yəni “Fələstin dövlətinin yaradılması” ilə iştirak etdiyi bir neçə addımdan birdir.

XİN rəhbəri Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın “Fələstin dövlətinin yaradılması Səudiyyə Ərəbistanının İsraillə normallaşma yolunda irəliləməsi üçün şərtdir” deyən son bəyanatını təkrarlayıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version