ƏR-RİYAD,ArabAZ
İlk Körfəz-Avropa sammiti çərşənbə axşamı Brüsseldə keçiriləcək. ArabAZ xəbər verir ki, sammit ərəfəsində Avropa İttifaqı Körfəz ölkələrinin vətəndaşlarını Şengen vizasından azad etmək öhdəliyini təsdiqləyib.
Avropa Birliyinin Səudiyyə Ərəbistanındakı səfiri Kristof Varno deyib ki, Aİ ölkələri “bütün Körfəz ölkələri üçün vizasız tənzimləmələrin qəbulu istiqamətində işi davam etdirməyə sadiqdirlər”.
“Avropa İttifaqı Körfəz Əməkdaşlıq Şurası ölkələrinin vətəndaşları üçün viza tələblərini sadələşdirmək və xalqlar arasında ünsiyyəti gücləndirmək üçün daim çalışır ” – deyə o bildirib.
Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurası bütün sahələrdə, xüsusilə iqtisadi aspektdə, investisiya və ticarət mübadilələrində iki tərəf arasında 170 milyard avroya çatan strateji tərəfdaşlıq müqaviləsi bağlamağa çalışır.