BEYRUT,ArabAZ

Narkotiklər böyük bir sərvət, gəlir  və təsir mənbəyinə çevrildiyi bir zaman ərəb gənclərinə də təsirsiz ötüşməyib. Hal hazırda bəlkə də gəncləri cənginə alam sosial problemlər, radikallıqla yanaşı narkotik bəlası da ərəb dünyasında ən başlıca problemlərdən biridir.

Suriyada narkotik “Captagon” ticarəti olduqca gəlirlidir. Təbii ki, zəhər tacirlərinin əsas hədəf kütləsi , daha doğrusu müşərisi gənclərdir. Suriyada “Captagon” ticarəti Meksika kartellərinin ticarətindən üç dəfə çox gəlir gətirir.

İraq narkotik ticarəti üçün regional “mərkəz”ə çevrilir

Bağdad tez-tez külli miqdarda narkotik maddənin, xüsusilə də Suriyadan qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin ( əsasən də  Captagon) ələ keçirildiyini elan edir.İraq da tədricən əsas mənbəyi Cənub-Qərbi Asiya, xüsusilə Əfqanıstan olan metamfetaminin Körfəz ölkələri və Avropaya qaçaqmalçılıq dəhlizinə çevrilir. İraqda 2019-2023-cü illər arasında Captagon müsadirə sayı təxminən 6 dəfə artıb.

Misirdə on iki yaşlı uşaqların “Astrox” kimi sintetik narkotiklərə aludəçiliyi səssiz sosial bomba hesab olunur və Yəməndə münaqişənin hər iki tərəfinin döyüşçüləri bir-birini fərqləndirmir, Onların hər ikisinin də ortaq düçar olduğu bir bəla var bu da “QAT” adlanan bitkidir. Yəməndə bu bitkini çox nadir hallarda istifadə etməyən olur.

Qlobal miqyasda rəsmi araşdırmalar göstərir ki, Şimali Afrikalı mühacirlərin uşaqlarının üçüncü nəsli Avropaya tələbatın artması və dərman vasitələrinin genişlənməsi səbəbindən bir sıra Avropa ölkələrində, xüsusən də Belçika, Hollandiya və Fransada bəzi narkotik bazarlarına nəzarəti ələ keçirib.

Ərəb dünyasında narkotiklər və onların fəsadları haqqında davamlı olaraq məqalə və təhlilllər yazılacaq.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version