ANKARA,ArabAZ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edəcək. ArabAZ xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar CNN Türk telekanalına müsahibəsində bildirib.
Nazir əlavə edib ki, Ərdoğan İsrailin Fələstin ərazilərinə hücumlarını müzakirə etmək üçün Ər-Riyadda İslam Ölkələri Təşkilatının (İƏT) sammitində iştirak edəcək.