DƏMƏŞQ,ArabAZ
Suriya Rəyasət Heyətinin Siyasi və Media İdarəsinin keçmiş direktoru Kamel Saqr keçmiş prezident Bəşər Əsədin hakimiyyətinin son dövrünün təfərrüatları və onun Moskvaya yola düşməsi ərəfəsi ilə bağlı sirlər barədə danışıb.
Əl-Ərəbiyyə telekanalında “Damascus Time” podkasti ilə yayımlanan müsahibəsində Saqr Əsədin “prezident Putinlə əlaqə saxlaya bilməyəndə özünü tənha hiss etdiyini” bildirib.
O bildirib ki,Əsəd hakimiyyətinin son üç günü Putinlə əlaqə saxlamağa çalışsa da bütün cəhdləri uğursuz olub.
Saqr bildirdi ki, Əsəd “ilk dəfə Putinlə əlaqə saxlamağı tələb etdi, sonra bu olmadı və ertəsi gün bu tələb yenı təkrarlandı və üçüncü dəfə yalnız Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi ilə əlaqə saxlaya bildik.
“Prezident Əsədin Putinlə danışmaq istədiyini bildirəndə bizimlə təkrar əlaqə saxlayacaqlarını dedilər. İki saatdan sonra bildirildi ki, prezident Putin Belarusa səfər edir və o, sizinlə (yəni Əsədlə) danışa bilməz”.
Əsədə yaxın olan keçmiş Suriya rəsmisi Əsədin Moskvadan aldığı cavabın inandırıcı olmadığını bildirir və qeyd edir ki,prezidentlərin “harada olurlarsa olsunlar, hara gedirlərsə getsinlər, hər zaman xüsusi komandaları” olur ki onları baş verənlərdən xəbərdar etsin.
“Rabitə və hətta xarici işlər nazirləri “nəsə baş verərsə” istənilən ölkədən zəng edə bilərlər”-deyə o qeyd edib. Əsəd noyabrın sonunda (noyabr) Putinlə görüşmək və ondan kömək istəmək məqsədi ilə Moskvada idi. (Əsəd) Rusiya prezidenti ilə görüşməli idi və o, çərşənbə günü gəldi (Cümə axşamı günü Hələb Hərbi Əməliyyatlar İdarəsinin nəzarətinə keçdi), lakin görüş cümə günü baş tutdu. İlk görüş Hələbin azad edilməsindən bir gün sonra, cümə günü günorta saat ikidə təyin olundu, sonra günorta üçə, sonra isə beşə qədər təxirə salındı və Rusiya tərəfi görüşün keçiriləcəyini bizə bildirdi”-deyə o qeyd edib.
Əsədin ofisinin keçmiş direktoru bu görüşün təxirə salınmasının Putinin Əsədə qarşı etdiyi yeganə gecikmə olduğuna inanmır. O hesab edir ki, gec də olsa baş tutan görüşün gecikməsinin yeganə səbəbi Putinin Əsədə sadəcə olaraq yardım etmək istəməməsi olub.
“Görüşün nəticəsi yaxşı olmadı, Əsəd Rusiyadan əlaqvə qüvvə istədi”-deyə o qeyd edib.
Putinin Əsədin istəyinə reaksiyasına gəlincə, Saqr bildirib ki, Suriyanın keçmiş prezidenti ona məlumat verib ki, “Prezident Putin birbaşa (Əsədin qarşısında) öz qərargah rəisinə zəng edərək ondan İran İnqilab Keşikçiləri Korpusunun vasitəsilə Hmeymim bazasına ( Suriyadakı Rusiya hərbi bazası) istədiyini ötürməsi üçün şərait yaratmağı xahiş edib. Lakin Putinin bu tələbinin saxta olmasını anlayıb”-deyə o qeyd edib.
Suriya Rəyasət Heyətinin Media İdarəsinin keçmiş direktoru hesab edir ki, Əsəd farslardan çox ruslara inanırdı.
“Əsəd iranlılardan daha çox ruslara güvənirdi, çünki onlar öz rejimini qorumağa ən güclü və ən qadir olanlar idi və o, onların təmsil etdiyi ağırlığın fərqində idi. Farslarla münasibət hər zaman müsbət idi , amam onlar istədiklıəri varx xəyanət edə bilərdilər və edirdilər.Farslar logistika məsələlərində Əsədin nəzarətindən kənar qərarlar qəbul ediblər və bəzən onunla məsləhətləşmədən hərəkət ediblər”-deyə bildirib.
Saqr Əsma əl-Əxrasın (Əsədin arvadı) ərinin hakimiyyəti dövründə oynadığı rola toxunub və onun haqqında deyildiyi kimi “yarı prezident” kimi olduğunu deyib.
“Əsma Əsədin ərinin üzərində böyük bir nüfuza və təsirə malik idi. Bu da ona öz növbəsində gizli faylları əldə etmək imkanı verirdi”-deyə o qeyd edib.