Bakı, ArabAz
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqustda baş tutması ehtimalı yüksəkdir.
ArabAz xəbər verir ki, danışıqlar Moskvada, Bağdadda və ya Suriya-Türkiyə sərhədindəki keçid məntəqəsində baş tuta bilər. Rusiya və İraq Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün “təşəbbüs” göstərirlər.
Qeyd edilib ki, iyulun 23-də Moskvada Rusiya və Suriya prezidentləri Vladimir Putin ilə Bəşər Əsədin görüşü olub. Bundan iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Müəllifin fikrincə, bu təmaslar diplomatiya mətbəxində nəyinsə hazırlandığını göstərir.
Ərdoğanın Fidana Əsədlə görüşə hazırlaşmaq səlahiyyəti verdiyini xatırladan xəbərdə qeyd olunur ki, nazir Suriya tərəfinin qarşıdakı danışıqlarla bağlı ilkin şərt irəli sürmədiyini bildirib.