DƏMƏŞQ,ArabAZ
“O, könüllü olaraq istefa verdi. Getməmişdən əvvəl “hakimiyyətin dinc şəkildə köçürülməsi” üçün əmr verdi, sonra çoxlu sayda ailə üzvlərini və kiçik bir mühafizəçi və qulluqçu “ordusunu” götürərək hava limanına getdi. O, təyyarəyə minib vətənini tərk edərək, göz yaşları ilə Moskvaya getdi” yalanına yəqin ki, inananlar az olmadı.
Bu Moskvanın uydurduğu yalandır və ruslar Əsədin sarayındakı son anlarının dəqiq şərtləri haqqında rəsmi səviyyədə çox danışmırlar – ən azı hələ ki, bu haqa yuxarıda oxuduğunuz nağıldan başqa bir şey nəql edilmir.
Əsəd hər nə qədər qatil, cani və dictator olsa da o, Suriayda qalmaq istəyən və “isti sularda balıq ovlamaq” arzusunda olan ruslan üçün siyasi qaçqındır.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, “ona humanitar səbəblərdən sığınacaq verilib”. İddia olunur ki, rulsam Əsədə sığınacağı onun ala gözlərinə görə, yox, həyat yoldaşı Əsma əsədin Moskvada uzun müddət mürəkkəb müalicə kursları keçdiyi üçün verib.
Rəsmi olaraq, devrilmiş Suriya prezidentinin statusu hələ müəyyən edilməyib, lakin o, “Kommersant” qəzetinin qeyd etdiyi kimi, 1992-ci ildən Rusiyada ilk siyasi sığınacaq alan şəxs ola bilər.Bəzi mənbələr onun mövcudluğunun “müvəqqəti” olduğunu deməsinə baxmayaraq, Moskvaya olan sevgisi ona Rusiyada uzun müddət qalmaq imkanı verir.
Son 32 ildə bunu yalnız Ayaz Mütəllibov və Moskva Universitetinin tələbəsi olan Şimali Koreya vətəndaşı Kim Myunq Seo alıb.
Əksər hallarda Rusiyaya qaçan əcnəbilərə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenlə olduğu kimi “müvəqqəti sığınacaq” verilir.
Müqayisə üçün qeyd edək ki, Snoudenin vəkili Anatoli Kuçerenanın izah etdiyi kimi, siyasi sığınacaq Rusiya prezidentinin birbaşa qərarı ilə verilir, müvəqqəti humanitar sığınacaq isə Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti tərəfindən verilir, daha az hüquq verir və hər il yenilənməsi tələb olunur.
Əsədə müvəqqəti sığınacaq verilərsə, o, tibbi sığorta və bank kartı ala biləcək, yerli qanunlara uyğun olaraq Rusiyada yaşamaq və işləmək hüququ qazanacaq. Bu statusun sahibləri adətən öz milli pasportlarını İmmiqrasiya Departamentinə qoyurlar və bunun müqabilində müvəqqəti sığınacaq sertifikatı alırlar.
Amma qaçan Suriya prezidentinin bütün bunlara əsla ehtiyacı yoxdur, onu Moskvanın ən dəbdəbəli yerərində yaşayacaq. Əsəd istəsə Soçidə də dincələ bilər…
İndiyə qədər məlum olan odur ki, devrilmiş prezident hazırda həyat yoldaşı və uşaqları Hafiz, Kərim və Zeynlə birlikdə Rusiya paytaxtının mərkəzində dəbdəbəli mənzildə yaşayır.
21 yaşlı Hafiz ötən noyabrın sonunda Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Əsma Əl-Əsəd universitetin prezidenti Viktor Sadovniçinin xüsusi dəvəti ilə oğlunun elmi dərəcəsinin verilməsi mərasimində iştirak edib. O vaxt Əsəd ailəsinin ağlına gəlməzdi ki onlar Suriyadan birdəfəlik gedəcəklər.
Əsəd ailəsini dəbdəbəli həyat gözləyir
Bəzi iddialara görə, Əsəd ailəsi ilə oteldə qalır, lakin bu inandırıcı deyil. Onun oteldə qalmasına ehtiyac yoxdur. Çünki o və bəzi qohumları Moskvanın ən prestijli ərazilərində dəbdəbəli mənzillərin “paketinə” sahibdirlər. Qərb və Rusiya KİV-lərinin və korrupsiyaya qarşı mübarizə aparan Global Witness qeyri-hökumət təşkilatının əvvəllər dərc etdiyi məlumatlara görə, Əsədin ana tərəfdən qohumları (Maxluflar) 6 il ərzində dəbdəbəli Moskva Siti kompleksində 19 mənzilə sahib olublar. Mənzillərin ümumi dəyəri təxminən 40 milyon dollardır.
Məlumata görə, mülkün əksəriyyəti Əsədin əmisi oğullarına (Hafiz, İyad və İhab Maxluf, bacısı Kinda Maxluf, Əsədin digər əmisi oğlunun həyat yoldaşı Razan Osman və iş adamı Rami Maxlouf) məxsusdur.
Rusiya media platformaları iddia edir ki, Əsədin qohumları Moskvada daşınmaz əmlak almayıb, əksinə, mənzil və biznes üçün Neva Qülləsinin tikintisinə böyük investisiyalar müqabilində onu mənfəətin bir hissəsi kimi əldə ediblər.
Burada yeni fakt odur ki, Əsəd bu mənzillərin bəzilərində yaşayır, bəzilərində də Rusiyaya köçmüş qulluqçular, tərcüməçilər, sürücülər, mühafizəçilər ordusu var.
Lakin, görünür, Əsəd özü ilə təkcə xidmətçiləri və mühafizəçiləri daşımayıb, çünki hesabatlarda təxminən 135 milyard dolların transferindən danışılır. Rəqəm çox şişirdilmiş görünür, lakin bunu media Əsədə yaxın olduğu deyilən keçmiş kəşfiyyatçı Xalid Baya istinadən təsdiqləyib.
Pullar mərhələli şəkildə qaçaqmalçılıq yolu ilə gətirilib, lakin bu böyük məbləğin köçürülməsi mexanizmləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Xalid Bay Hələb şəhərinin süqutundan sonra Əsəd ordusunda rusiyapərəst və iranpərəst əsgərlər arasında baş verən qarşıdurmadan danışıb.
Onun sözlərinə görə, ilk qarşıdurma Hələb komandiri general-mayor Məhəmməd əs-Səfədli ilə rusiyayönlü general-mayor Süheyl Həsən arasında olub, bundan sonra hərbi kəşfiyyatla ordu arasında məlumat mübadiləsi dayanıb.
“Məğlubiyyət Hələbin süqut etdiyi gün başladı”-deyə Bay bildirib.
Rahat, məsud həyat
İndi dəqiq olan odur ki, Moskva Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç bir tərəfə təhvil verməyəcək, hətta Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində istintaq aparılmasını tələb etsə də, rusiyalı tədqiqatçı Yuri Liaminin dediyi kimi: “Onu şərəfli bir qocalıq gözləyir Rusiyada.”
Şərqşünas Kirill Semenov əlavə edir ki, Əsədin Rusiyada olması ona təzyiq göstərməyəcək.
“Əsədin Rusiyada sakit və rahat həyatı olacaq. Lakin o nə mediada görünəcək nə də başqa bir siyasi aktivliyi olacaq”-deyə o bildirib.
Əsəd sampan və kürünü çox sevirdi… Suriyalıların gələcəkdə hansı provlemlərin gözlədiyindən asılı olmayaraq Əsəd Moskvada dəbdəbəli həyat sürəcək