DƏMƏŞQ,ArabAZ
Suriya prezidenti Bəşər Əsəd silahlı qruplaşmaların hərbi əməliyyatlara başlamasından bəri ilk şərhində ölkəsinin müttəfiqlərinin köməyi ilə “terrorçuları məğlub etməyə” qadir olduğunu bildirib.ArabAZ xəbər verir ki, Əsəd silahlə müxalifətin hücumlarını intensivləşdirdikdən sonra,
həm İraq baş naziri həm də BƏƏ Prezidenti ilə telefon danışığı aparıb.
“Suriya bütün terrorçular və onların havadarları qarşısında sabitliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edir və buna qadirdir. Müttəfiqlərinin və dostlarının köməyi, terror hücumları nə qədər şiddətli olsa da, hədəf onları məğlub edib məhv etməkdir”-deyə Əsəd bildirib.
Suriya prezideni İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ilə telefon danışığında son hadisələri və “terrorla mübarizə” sahəsində əməkdaşlığı müzakirə edib.
İraqın baş naziri həmçinin ölkəsinin Suriyanın sabitliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.
Silahlı qruplaşmaların hərbi əməliyyatlar idarəsi bu gün elan edib ki, qruplaşmalar Hələb və bütün İdlib valiliyini nəzarətə götürərək Hələb ilə Rakka arasındakı yolu kəsiblər.