DƏMƏŞQ,ArabAZ
Əsəd rejimini devirən silahlı müxalifət ABŞ – ın birbaşa dəstəyi ilə, ölkənin şimalındakı əraziləri nəzarətdə saxlayan PKK-nın Suriya qolu olan PYD- yə gəldiyini bildirib.
ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında Dəməşqi nəzarətə alın müxaliflər bundan sonrakı hədəfin Mənbic bölgəsi olacağını bildiriblər.
Qeyd edək ki, bu gün PKK/PYY lideri Mazlu Abdi demişdi ki, onlar da Suriya zəfərinə şərikdirlər.
Gücünü Amerikanın dəstəyindən alan Abdi, “Dəməşqdə avtoritar rejimin süqutunun şahidi olduğumuz üçün Suriyada tarixi anları yaşayırıq” dedi və “bu dəyişiklik bir fürsət” adlandırıb.
Terrorçubaşı Abdi qeyd edib ki, bu qələbə bütün suriyalıların hüquqlarını təmin edən demokratiya və ədalətə əsaslanan yeni Suriya qurmaq fürstədir deyib.
Bəzi siyasi ekspertlər isə bunu PYD-nin ölkənin şimalında dövlət qurmaq üçün fürsət olduğunu bildirib.
Bu gün (bazar günü) “Suriya Demokratik Qüvvələri”nin komandanı Mazlum Abdi, suriyalıların ölkəni dörddə bir əsrə yaxın idarə edən “zalım” rejimin süqutu ilə yaşadıqları “tarixi anları” tərifləyib.
Qeyd edək ki, bu gün sübh çağı, “Heyət Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani döyüşçülərini dövlət qurumlarına yaxınlaşmamağa çağıraraq, qurumların“rəsmi olaraq keçmiş baş nazirin nəzarəti altında qalacaqlarını” vurğulayıb.
“Dəməşq şəhərindəki bütün hərbi qüvvələrə ciddi şəkildə keçmiş baş nazirin nəzarətində qalacaq dövlət qurumlarına yaxınlaşmaq qadağandır.Rəsmi olaraq təhvil verilənə qədər, havaya güllə atmaq da qadağandır”-deyə o bildirib.
Qedy edək ki, bu gün səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.
Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.
Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.