DƏMƏŞQ,ArabAZ
Bazar günü müxalif qrupların Dəməşqə girən kimi “qaçdığını” elan etdiyi prezident Bəşər Əsəd İran və Rusiya uğrunda öz ölkəsinin dağılmasına səbəb olan “lider” idi. O bölgədə xalqının yox İran və Rusiyanın maraqlarını qorumaq üçün 13 il ərzində əmansız mübarizə apardı və uduzdu…
Silahlı müxalifət qrupları öz bəyanatlarında onu “tiran” adlandırıb və “Zalım Bəşər Əsəd Dəməşqdən qaçıb” bəyan ediblər. 21-ci əsrin əvvəlindən bəri ən şiddətli müharibələrdən biri kimi təsvir edilən müharibənin ortasında Əsəd 2011-ci ildən bəri rəqibləri ilə qarşılaşmaqda heç bir tərəddüd və ya geri çəkilmə əlaməti göstərməyib.
Lakin noyabrın 27-dən məlum oldu ki, silahlı fraksiyaların alyansı tərəfindən həyata keçirilən qəfil hücum qarşısında onun hakimiyyəti tab gətirə bilmədiş Nəticədə onun qüvvələri heyrətamiz sürətlə bir neçə ərazini, o cümlədən iri şəhərləri – Hələb, Həma, Hums, Dəməşqi itirdi.
Əsəd həmişə özünü azlıqların himayədarı, ekstremizm və xaosa qarşı dayaq kimi təqdim edib və münaqişədə Rusiya, İran və Livan Hizbullahından dəstək alıb, bu da ona 2015-ci ildən etibarən torpaqlara nəzarəti bərpa etməyə imkan verib.
Dəməşqə və ya digər şəhərlərin girişindəki keçid məntəqələrində rastlaşa biləcəyiniz hərbi formada çəkilmiş bir neçə şəkli istisna olmaqla, Əsəd həmişə rəsmi kostyum və qalstukda görünürdü.
59 yaşlı keçmiş oftalmoloq Bəşər Əsəd rəsmi görüşlərində, qonaqları qəbul edərkən, müsahibələrdə, hətta münaqişənin ən şiddətli illərində cəbhə xəttinə baxış keçirərkən həmişə sakit, lakin qəti tonda danışırdı.
O, 2000-ci ildə hakimiyyətə gəlib. Münaqişə illərində hakimiyyətin nəzarətində olan ərazilərdə bir neçə dəfə prezident seçkiləri keçirilib bə hər zaman qalib gəlib.
Kiçik Əsəd atasından miras aldığı şeylərdən bir də, onun soyuq xasiyyəti idi.Onun atası Hafiz Əsəd əlli ildən çox hakimiyyətdə olan BƏƏS Partiyasının lideri idi.
Bəşər Əsədin həyatı 1994-cü ildə atasının varisi kimi ölkəni idarə etmək üçün təqdim edilən böyük qardaşı Basilin Dəməşq yaxınlığında yol qəzasında ölməsindən sonra kökündən dəyişdi.
O, oftalmologiya üzrə ixtisaslaşdığı Londondan qayıtmaq məcburiyyətində qalıb və burada Suriyanın ən tanınmış sünni ailələrindən olan və Britaniya vətəndaşı olan həyat yoldaşı Əsma Əl-Axrasla tanış olub.
Suriyada münqaişələr başlamadan öncə Əsma “Səhra gülü” ləqəbini ilə tanınırdı.
Londondan qayıdan Əsəd orduya qatılıb və atası tərəfindən siyasi məsələlər üzrə təlim keçib. 2000-ci ildə atasının ölümündən sonra otuz dörd yaşında olan Bəşər heç bir etirazla qarşılanmayan referendumla prezident oldu.
Hakimiyyətinin ilk bir-neçə ayında silahat vəəd edən, Əsəd tez bir zamanda ölkəsinin İranın açıq zindanına döndərə bildi.Ardınca ölkə mütəfəkkirləri və ziyalıları həbs edildi.
Münaqişə başlamamışdan əvvəl Dəməşq sakinləri onun küçələrdə gəzməyinə,sərbəst avtomobilini sürməyə, arvadı ilə restoranlara getməyə getməsini görməyə adət etmişdilər.
Dəməşqdə bir çox kafe və restoran sahibləri Əsədin səfərləri zamanı onunla şəxsi fotolarını yayımlayırdılar. 2011-ci ildə öz rejiminə qarşı etirazların başlaması ilə o, dinc nümayişçilərin yatırılması üçün göstərişlər verdi və etirazlar qanlı toqquşmaya çevrildi, cəbhəçilər və oyunçular sürətlə çoxaldı.
Münaqişənin əvvəlində təhlükəsizlik xidmətlərindən çoxlu qopmaların qeydə alınmasına baxmayaraq, ordu ona sadiq qaldı. Münaqişə 500 mindən çox insanın həyatına son qoydu, milyonlarla insan ölkə daxilində və xaricində didərgin düşdü və bütün əraziləri yerlə-yeksan oldu.
Əsəd münaqişənin ilk ilindən ölkəsinin xarici qüvvələrin ona qarşı qurduğu “sui-qəsd” kimi təsvir etdiyi plandan “qalib” çıxacağını təkrar edirdi.
Noyabrın 27-də silahlı qruplaşmaların hücumuna başlayandan sonra o hesab edirdi ki, “terrorun eskalasiyası” “regionu parçalamaq, ölkələrini parçalamaq və xəritələri yenidən cızmaq cəhdidir”.
Bazar günü sübh çağı Əsəd silahlı qruplaşmalar ora gəlməmişdən əvvəl Dəməşq hava limanından havaya qalxan təyyarə ilə Suriya paytaxtını tərk edib.