BAKI,ArabAZ
Birol Akgün Türkiyənin Azərbaycana səfiri təyinedilib,ArabAZ xəbəx verir ki, Akgün daha öncə Türkiyə Maarif Fondunun sədri olub.
Qeyd edək ki, politoloq, professor, akademik, tədqiqatçı yazıçı olan Akgün 25 mart 1968-ci ildə Soma/Manisada anadan olub.
İbtidai, orta və lisey təhsilini yaşadığı rayonda başa vurduqdan sonra Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi bölməsini bitirib (1993). 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib.
Orada o, Case Western Reserve Universitetində (Klivlend, Ohayo) Siyasi Elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsi alıb.
Qayıdandan sonra Akgün Səlcuq Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb və 2001-ci ildə dosent olub.
Azərbaycana səfir təyin edilən Prof. Akgün hazırda Yıldırım Beyazıt Universiteti Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və Maarif Vəqfi İdarə Heyətinin sədridir.
Prof. Akgünün məqalələri beynəlxalq resenziyalı jurnallarda, həmçinin Liberal Thought, National Geographic-Turkey, 2023, Tezkire, SU İİBF Social and Economic Research, Strategic Analysis, Konya Ticarət Birjası; Tərcümələri SU Hüquq Fakültəsi və İzmir Vəkillər Kollegiyasının jurnallarında dərc olunub.O eyni zamanda Türk Ensiklopediyasına məqalə yazıb.
Prof. Akgün 2003-cü ildə “11 Sentyabr, Dəyişən Dünya Balansları və Türkiyə” mövzusundakı araşdırması ilə “Milliyyət qəzeti 2002 Sosial Elmlər Birinci Mükafatı”nı qazanıb.
ƏSƏRLƏRİ
XXI əsrin astanasında Türkiyənin Xarici Siyasəti (2001),
Türkiyədə Seçici Davranışı – Partiyalar Sistemi və Siyasi Güvən (2002),
Qlobal Sistemdə Siyasət, İdarəetmə və İqtisadiyyat (2002),
Müasir Türkiyədə Siyasi Düşüncə: İslamçılıq (2004),
11 Sentyabrdan Sonra Dünya, ABŞ və Türkiyə (2006),
Respublikadan İmperiyaya – Amerika Prezidentliyi (Şaban Tanıyıcı ilə, 2008),
Beynəlxalq Təşkilatlar və Türkiyə (Şaban H.Çalış və Önder Kutlu ilə, 2006).