ANKARA,ArabAZ
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan PKK terror təşkilatının Suroya qolu olan YPG terror təşkilatlarına qarşı qətiyyətli mübarizənin davam edəcəyini və bu mübarizədə yolun sonunun artıq göründüyünü bildirib.
ArabAZ xəbər verir ki, Prezident Ərdoğandan sonra ölkədə ən güclü fiqur olan , Fidan ,məsələnin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Fidan, həmçinin, “Ya biz, ya da yeni rəhbərlik Suriyada YPG-yə qarşı əməliyyat keçirəcək” – deyə bildirib.
Türkiyənin Suriya ilə əlaqələri və bu ölkədəki yenidənqurma səylərinə də toxunan Fidan, ölkəsinin Suriya xalqı üçün daha yaxşı bir gələcək qurmağa çalışdığını və bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib.
O, həmçinin, Fələstin məsələsinə də önəm verərək, Türkiyənin Fələstin xalqı ilə birlikdə olduğunu, İsrailin siyasətinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
Fidan, İŞİD və PKK ilə də mübarizəni davam etdirəcəklərini qeyd edib, terrorizmə qarşı mübarizənin Avropa və Amerika ilə bərabər aparıldığını bildirib. O, həmçinin İraq ilə olan əlaqələrin də gücləndirilməsini vurğulayıb və bu ölkənin sabitliyinin Türkiyə üçün olan əhəmiyyətini qeyd edib.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2025 Bütün haqları qorunur. AzərPress.