2026-cı ilin yanvar-may aylarında Türkiyədə Fələstin kapitalı ilə 42 yeni şirkət qeydiyyata alınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25 şirkət çoxdur.
Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) “ArabAZ”-a verilən məlumata görə, hesabat dövründə qeydiyyata alınan Fələstin şirkətlərinin məcmu kapitalı 130 milyon 545 min türk lirəsi təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 250 milyon 100 min lirə olub.
Yeni şirkətlərin əksəriyyəti (29 şirkət) İstanbulda fəaliyyətə başlayıb və onların ümumi kapitalı 52 milyon 575 min lirədən çoxdur. Sahələr üzrə baxdıqda, Fələstin kapitallı müəssisələrin 22-si ticarət sektorunda qeydiyyatdan keçib, qalanları isə iqtisadiyyatın digər sahələrini əhatə edir.

