Beyrut,ArabAZ
Livan Hizbullahının katibi Həsən Nəsrullahın taleyi ilə bağlı ziddiyyətli xəbərlərə baxmayaraq, Livan mənbələri İsrailin Beyrutun cənub ətraflarında partiyanın mərkəzi komandanlıq qərargahını hədəf almasından sonra onun “sui-qəsddən xilas olduğunu” bildiriblər. ArabAZ xəbər verir ki, yəhiudi mediası isə Nəsrullahın bombardman nəticəsində ağır yaralandığını bildirib.
Digər tərəfdən Hizbullaha yaxın mənbələr bildiriblər ki, “Nəsrullah və Haşim Safi əd-Din də sağdır”
İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı Tasnim Livan mənbələrindən “hərbə zamanı Hizbullah liderlərindən heç birinin ölmədiyinə” dair təminat verdiyini bildirib və “Nəsrullah və Safi əd-Dinin sağ olduğunu” vurğulayıb.
İran agentliyinin məlumatına görə, “İsrail ordusunun Beyrut ətrafında başlatdığı əməliyyat uğursuzluqla nəticələnib”.
İranın Beyrutdakı səfirliyi bildirib ki, “İsrailin hücumu oyun qaydalarını dəyişdirən təhlükəli bir eskalasiyadır”.
Livan Səhiyyə Nazirliyinin açıqladığı ilkin məlumata görə, İsrailin reydləri nəticəsində 2 nəfər ölüb, 76 nəfər yaralanıb.
İsrail ordusu baş nazir Binyamin Netanyahunun hərbi əməliyyatların davam edəcəyini təsdiqlədiyi çıxışından bir neçə dəqiqə sonra Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı yeni reydlər həyata keçirəcəyini açıqlamışdı.