Bakı, Arab.AZ
İsrailin Tehranda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni hava zərbəsi ilə öldürməsi təəccüblü deyil. Sirr deyil ki, İsrail bundan əvvəl də Haniyəni öldürməyə cəhd edib.
Oktyabrın 7-də baş verən hücumdan sonra israillilər HƏMAS liderlərinin onlar üçün “ölü” olduğunu bəyan etdilər. İsrail o vaxtdan bəri İranla apardığı kölgə müharibəsində əlcəklərini çıxarıb.
İsrail İranı Livanda Hizbullah, Qəzzada HƏMAS və İslami Cihad, Yəməndə Husilər, İraq və Suriyada fəaliyyət göstərən daha kiçik silahlı qruplaşmaların hamisi hesab edir.
Qəzzada dağıdıcı müharibənin sonu görünmədən davam etdiyi bir vaxtda İsrail bir-birinin ardınca HƏMAS, Hizbullah və İran İnqilab Qvardiyasının yüksək səviyyəli liderlərini öldürməyə başladı.
Aprelin 13-də İranın İsrailə başlatdığı “görünməmiş birbaşa hücumda” əsas mqəsdə Tehranın əzəmətini göstərmək idi. Əgər doğurdan da İran iddia etdiyi kimi əzəmətli bir ölkə idisə, bəs niyə Haniyəni qoruya bilmədi, nə üçün öz hava sərhəddini qorumaqda aciz oldu.
Sui-qəsd İran üçün nə deməkdir?
Həniyənin ölümü Qəzzada yaşananlara eləcə də HƏMAS-ın bundan sonrakı fəaliyyətinə çox az təsir göstərəcək. Çünki Haniyə Qətərin paytaxtı Dohada yaşayırdı. Nəzərə almaq lazımdır ki , sui-qəsd Haniyyənin şəxsiyyətinə görə deyil, onun yeri və vaxtına görə vacibdir və İsrail üçün bu qədər önəm daşıdı.
Məlumdur ki, İran gizli nüvə proqramı ilə bağlı Amerika və İsrailin uzun müddətdir davam edən təhdidlərinə cavab olaraq hazırlanmış Rusiyanın qabaqcıl S-300 hava hücumundan müdafiə sistemlərinə malikdir. S-300-lərin aktiv olmamaəı İran üçün ciddi probblemdir.
Qeyd etmək lazımdır ki, Haniyyənin öldürülməsinin vaxtı və yeri İran üçün ciddi utancdır.
HƏMAS liderinin Tehranın mərkəzində qorunan mənzildə öldürülməsi ölkədə heç kimin təhlükəsiz olmadığı mesajı verməklə yanaşı, İran rejiminə daha da narahatedici mesaj göndərir: İran daxilindəki iranlılar əməliyyatın həyata keçirilməsinə çox güman ki, kömək ediblər.
Ehtimal edilir ki, İsrailin aprelin 19-da İsfahan əyalətindəki hərbi obyektə başlatdığı cavab reydini İran daxilindən atılan kvadrokopter pilotsuz təyyarələr həyata keçirib.