QÜDS,ArabAZ
HƏMAS hərəkatının yüksək rütbəli lideri Sami Əbu Zuhri bu gün, çərşənbə günü deyib ki, ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbə çalmasını Tramp üçün bir sınaq olduğunu bildirib. ArabAZ xəbər verir ki, Əbu Zuhri qeyd edib ki, Tramp müharibəni bir neçı saat ərzində dayandırmağı söz vermişdi və indi o sözləri ilə sınağa çəkilib.
“Demokratik Partiyanın itkisi onların rəhbərliyinin Qəzzaya qarşı cinayətkar mövqelərinin təbii qiymətidir”-deyə o bildirib.
Əbu Zuhri, Trampı prezident Co Baydenin “səhvlərindən dərs almağa” çağırıb.
Qeyd edək ki, Respublikaçı namizəd Donald Tramp, Pensilvaniya və Viskonsin ştatlarında Demokratlar Partiyasının namizədi üzərində qalib gələrək 270-dən çox səs qazanıb.