QÜDS,ArabAZ
İsrailin “Maariv” qəzeti İsrail ordusunun yüksək rütbəli zabitlərinə istinadən yazıb ki, Hərbi Hava Qüvvələrinin Qəzza zolağına atdığı minlərlə sursat partlamayıb,onlardan bəzilərinin çəkisi bir ton olub.
ArabAZ xəbər verir ki, partlamamış hərbi sursatlar ordunun fəaliyyət göstərmədiyi və ya hələ də girə bilmədiyi yerlərdə, var. Qəzetin məlumatına əsasən, HƏMAS bu partlamamış İsrail sursatlarından partlayıcı qurğuların istehsalı üçün istifadə edir.
Yüksək rütbəli zabitlərin sözlərinə görə, müharibə zamanı İsrail ordusu Qəzzaya on minlərlə raket atıb, təkcə müharibənin əvvəlində yalnız hava qüvvələri 30 minə yaxın bomba atıb.
İsrail qəzetinin yazdığına görə, bu raketlərin təxminən 10%-i partlamayıb, bəzən isə faiz daha yüksək olur.
İsrail mediası Əl-Qəssam Briqadalarının oraya nüfuz edən İsrail qüvvələrini hədəfə almaq üçün partlamamış İsrail bombalarından istifadə etdiyini bildirib .
İsrail Ordusu Radiosu ordunun Qəzzada döyüşçülərin istifadə etdiyi partlayıcıların qismən İsrail ordusunun partlamamış bombalarından hazırlandığını təxmin etdiyini bildirib.
Bir neçə ay əvvəl Əl-Qəssam Briqadaları Qəzza zolağına hücum zamanı İsrail ordusundan qalan GBU raketi ilə İsrail piyada qüvvələrinin pusquya düşdüyünü göstərən səhnələr yayımlamışdı.