Ramallah,ArabAZ
Bu gün (şənbə) HƏMAS hərəkatı Hizbullahın baş katibi Həsən Nəsrullahın dünən (cümə) İsrail ordusunun Beyrutun cənub ətrafına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqlədikdən sonra ona yas elan edib .ArabAZ xəbər verir ki, HƏMAS bəyanatında Nəsrullaha sui-qəsdi “alçaq terror aktı” adlandırıb.
“Biz əminik ki, bu cinayət və işğalın bütün cinayətləri və sui-qəsdləri Livan və Fələstində müqavimətini artıracaq”-deyə HƏMAS bəyanatında deyilir.