ANKARA,ArabAZ
Bazar ertəsi günü Türkiyə diplomatik mənbəsi HƏMAS-ın siyasi ofisini Qətərdən Türkiyəyə köçürdüyünə dair xəbərləri təkzib edib və əlavə edib ki, Fələstin silahlı qruplaşmasının üzvləri ölkəyə yalnız vaxtaşırı səfər ediblər. ArabAZ xəbər verir ki, Qətər keçən həftə HƏMAS və İsrailə bildirib ki, Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmada vasitəçilik səylərini müqvvəqəti dayandıracaq.
Doha həmçinin bildirib ki, KİV-in HƏMAS-a körfəz ərəb ölkəsini tərk etməsini söyləməsi barədə xəbərlər doğru deyil.
NATO üzvü Türkiyə Qəzza zolağında və Livanda həyata keçirdiyi hücumlara görə İsraili şiddətlə tənqid edir və HƏMAS-ı terror təşkilatı hesab etmir. HƏMAS-ın bəzi siyasi rəsmiləri mütəmadi olaraq Türkiyəyə səfər edirlər.
“HƏMAS Siyasi Bürosunun üzvləri vaxtaşırı Türkiyəyə səfər edirlər. HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçdüyünü göstərən iddialar həqiqəti əks etdirmir”, – deyə diplomatik mənbə bildirib.