Bakı, Arab.AZ

Vaşinqton və Berlin müharibədən sonra Fələstin Administrasiyasının Qəzzanın idarə olunmasında böyük rol oynamasını tələb edir.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və ABŞ-ın İsraildəki səfiri Ceykob Lyu İsrailin Herzliya şəhərində keçirilən konfransda İsrail ilə dialoqa hazır olan və islah edilmiş Fələstin Administrasiyasının müharibə bitdikdən sonra Qəzzanın idarə olunmasında böyük rol oynamasını tələb ediblər.

“Fələstin Administrasiyası Qəzza zolağında müharibənin bitməsindən “ertəsi günün” planının bir hissəsi olmalıdır, səkkiz ay yarım ərzində dağıdılmış zolağın “mülki idarəçiliyi”nə ehtiyac var. Biz bu insanları hər kəsin ehtiyaclarına uyğun bir şəkildə birlikdə işləmək üçün bir yol tapmalıyıq. Düşünürəm ki, bu mümkündür. Qəzzada bir Fələstin hakimiyyətinin olması HƏMAS-ı ortadan qaldırmağa çalışan İsrailin də maraqlarına uyğunder”-deyə Amerika səfiri deyib.

Səfir qeyd edib ki, ABŞ  “iki dövlətli həlli”, yəni İsraillə yanaşı yaşayan və həm İordan çayının qərb sahilində fələstinlilərin “təhlükəsizliyi və ləyaqətini” təmin edən Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.

Mahmud Abbasın başçılıq etdiyi Fələstin Muxtariyyəti 2007-ci ildə HƏMAS-ın onları Qəzza zolağından qovduqdan sonra işğal olunmuş İordan çayının qərb sahilini idarə edir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version