Çərşənbə axşamı, 14 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Hikmət Hacıyev suriyalı nazirlə Şuşada bir araya gəldi

Hikmət Hacıyev suriyalı nazirlə Şuşada bir araya gəldi

İyul 13, 2026 1:19 axşam
Paylaş
Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib.
Paylaş

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.

ArabAZ xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın Zirvə Görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi, həmçinin bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, suriyalı naziri həmin tədbirdə iştiraka dəvət edib.

Söhbət zamanı, eyni zamanda, Azərbaycanla Suriya arasında mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, ISESCO çərçivəsində Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına göstərdiyi dəstək layihəsi də yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında dostluğun nümunəsi olduğu bildirilib.

Görüşdə Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə daim göstərdiyi dəstək yüksək qiymətləndirilib.

مباحثات أذربيجانية سورية رفيعة المستوى في مدينة شوشا التاريخية

شهدت مدينة شوشا عاصمة الثقافة الأذربيجانية لقاءً دبلوماسياً هاما جمع بين مساعد رئيس جمهورية أذربيجان، مدير دائرة السياسة الخارجية بالإدارة الرئاسية حكمت حاجييف، ومعالي وزير الإعلام في الجمهورية العربية السورية خلا فواز زعرور، بحضور نائب الوزير لشؤون الإعلام الرقمي محمد تفران.

أبرز محاور اللقاء الدبلوماسي والإعلامي:

  • دعم السيادة السورية: أشادت دمشق بالدعم الثابت والمستمر الذي تقدمه جمهورية أذربيجان للوحدة السياسية، والسيادة المطلقة، وسلامة الأراضي في الجمهورية العربية السورية.
  • منظمة التعاون الإسلامي (OIC): أعلن حكمت حاجييف أن أذربيجان ستتولى رئاسة منظمة التعاون الإسلامي في العام المقبل، حيث ستستضيف باكو القمة الإسلامية الكبرى، بالإضافة إلى اجتماع وزراء الإعلام للدول الأعضاء، ووجه دعوة رسمية لنظيره السوري للمشاركة.
  • المشاريع الإنسانية والتعليمية: تم تقييم الدعم المالي واللوجستي الذي تقدمه أذربيجان عبر منظمة الإيسيسكو (ISESCO) لإعادة إعمار وترميم المدارس والمؤسسات التعليمية المتضررة في سوريا كنموذج لأواصر الصداقة بين الشعبين.
  • التكامل الإعلامي الرقمي: ناقش الطرفان آليات تطوير التبادل الإخباري المشترك ومواجهة التحديات في الفضاء الرقمي وشبكات التواصل الاجتماعي.

يأتي هذا اللقاء ضمن فعاليات منتدى شوشا العالمي الرابع للإعلام ليعكس العمق الاستراتيجي للعلاقات بين باكو ودمشق، ورغبة البلدين في توسيع الشراكة الاقتصادية، الثقافية، والإعلامية بما يخدم الاستقرار الإقليمي والدولي.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏSuriyaYaxın Şərq

BƏƏ Dəməşqdə törədilən terror partlayışını pisləyib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyədə xaricilərə əmlak alışı sadələşdi

Müəllif:
ArabAZ News
İordaniya

İordaniya əhalisinin sayı 12 milyon nəfəri keçib

Müəllif:
mail.azerpress@gmail.com
İordaniyaYaxın Şərq

Petrada əcnəbi turistlərin sayı kəskin azalıb

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.