BEYRUT,ArabAZ

Hizbullahın İsrail hərbi bazalarına qarşı gücləndirdiyi hücum, xüsusilə də son günlərdə Hayfanın cənubundakı Binyamina qəsəbəsindəki Qolani Briqadasına aid düşərgəyə pilotsuz təyyarəllə hücum, təşkilatın İsrailin digər hərbi bazalarına hücum edib-etməyəcəyi sualını doğurur.
İstisna edilmir ki, “Peycer əməliyatlarından” sonra, Hizbullah yenidən gücünü bərpa edə bilib və müharibənin yeni mərhələsinə qədəm qoyub.

Təqaüddə olan briqada generalı Məhəmməd Rammal hesab edir ki, “(Hizbullah) nəhayət ki, müharibənin başlanğıcından bəri hərbi obyektlərə hücum təşkil edə bildi.
“Bu, eskalasiyanın yeni mərhələyə keşdiyini  söyləməyə əsas verməsə də, hədəf çoxlu sayda əsgəri əhatə edirdi, buna görə də itkilərin sayı daha çox idi”-deyə o bildirib.

O hesab edir ki, Hizbullahın metod və taktikası eynidir və dəyişməz qalıb, lakin dəyişən gündəlik raket buraxılışlarının intensivliyi və onların dərinliyə çatdığı məsafədir.

 “Silahlı qruplaşmalar İsrailin hava üstünlüyü fonunda hər gün birdən çox platformadan və yerdən yüzlərlə raket buraxılışını həyata keçirirsə, bu, döyüş bölmələri arasında koordinasiya mexanizmlərinin effektiv olması deməkdir. Görünür Hizbullahda rəhbərlik səviyyəsində baş verən boşluqlar ordu  birliklərinə təsir etməyib”-deyə Rammal qeyd edib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version