Beyrut,ArabAZ
İranın dəstəklədiyi Hizbullahın bu həftə yaşadığı kiberhücüm sonra təçkilatın lideri Həsən Nəsrullah mütləq şəkildə qisas alacağını açıqladı. Hizbullah lideri Həsən Nəsrullah İsrailin bu addımını “Müharibə elanı” adlandırdı.
Qəzza hadisələrində bu günə qədər , HƏMAS-ın gözlədiyi akrivliyi nümayiş etdirməyəm Hizbullaha böyük ehtimal ki bu dəfə İsrailə cavab verəcək.
Bu cavab Hizbullah üçün ən azından ona gör, önəmlidir ki, bu addımla təşkilat öz nüfuzunu qorumuş olacaq.
Lakin bu “cavab” uzunmüddətli müharibəyə səbəb olacaqmı?
Hizbullaha qarşı olan siyasi fəal Əli Əl-Amin hesab edir ki, “İsrail Hizbullahdakı bir neçə min üzvü və mötədil liderləri hədəfə almağa müvəffəq olub və bu partiya strukturunda görünməmiş çaşqınlıq yarafıb. Şübhəsiz ki, bu əməliyyat hücum hazırlığında olan Hizbullahı, müdafiə səviyyəsinə endirdi. HAzırda Hizbullah hücum qabiliyyətini itirib. Digər bir tərəfdən hal hazırda İsrail üçün iki əsas prioritet var, bu Qəzza və İordan çayının qərb sahilidir”
O hesabe dirk i , quru müharibəsi İsrail üçün hal hazırda aktual deyill
“Biz havadan bombardmanlar həyata keçirmək və bəlkə də bəzi ərazilərdə desant əməliyyatları keçirmək ehtimalı ilə təhlükəsizlik və texnoloji müharibənin davamı ilə qarşı-qarşıyayıq”-deyə o bildirib.
Öz növbəsində, istefada olan briqada generalı Hişam Cabir hesab edir ki, “Hizbullahın aldığı zərbə böyük idi, lakin o, onu “həzm etməyə” çalışır və buna görə də çətin ki, İsrailə hər hansı bir təsir edə bilsin.