BEYRUT,ArabAZ
Hizbullahın baş katibi Naim Qasim təşkilat və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra ilk çıxışı zamanı, İsrailə qarşı “böyük qələbə” əldə etdiyini bəyan edib.
ArabAZ xəbər verir ki, Qasim iki tərəf arasında son müharibəyə toxunaraq, “Rəsmi və aydın şəkildə elan etmək qərarına gəldim ki, biz 2006-cı ilin iyulunda baş vermiş qələbədən daha böyük bir qələbə ilə qarşı-qarşıyayıq”-deyib.
Qasim Hizbullahla İsrail arasında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün Livan ordusu ilə koordinasiyanın olduğunu təsdiqləyib.
“Müqavimət (Hizbullah) və Livan ordusu arasında koordinasiya, razılaşmanın öhdəliklərini yerinə yetirmək üçün yüksək səviyyəli bir koordinasiya olacaq”-deyə o bildirib.