Tehran,ArabAZ
Hizbullah İsrailin qarşısında təkbaşına sağ qala bilməz,ArabAZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz Livanın İsrailin əli ilə ikinci Qəzzəyə çevrilməsinə icazə verməməliyik. Hizbullah ABŞ, Qərb ölkələri və Avropa ölkələri tərəfindən müdafiə olunan, dəstəklənən və təchiz edilən bir ölkə ilə təkbaşına qarşı-qarşıya qala bilməz”-deyə o bildirib.
O vurğulayıb ki, “Hizbullah təkbaşına çox yaxşı silahlanmış və hər şeydən qat-qat üstün olan silah sistemlərinə daxil olmaq qabiliyyətinə malik bir dövlətə qarşı dura bilməz”.
“İndi ehtiyac varsa, İslam ölkələri baş verənlərə münasibət bildirmək üçün toplantı keçirməlidir.Daha ciddi bir hadisə baş verməzdən əvvəl hesab edirəm ki, bu gün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı görüşməlidir.İran sülh istəyir. Biz Yaxın Şərqdə qeyri-sabitliyin səbəbkarı olmaq istəmirik.Çünki onun nəticələri geri dönməz olacaq.Hamını müharibəyə sürükləmək və regionda sabitliyi pozmaq istəyən İsraildir.Bizi getmək istəmədiyimiz yerə sürükləyirlər” deyə o bildirib.