BEYRUT,ArabAZ
Bu gün (çərşənbə axşamı), Hizbullah keçən həftə İsrailin baş naziri Benyamin Netanyahunun Təl-Əvivin şimalında, Qeysəriyyədəki evinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.ArabAZ xəbər verir ki, bu haqda Hizbullahın mətbuatla əlaqələr üzrə məsul şəxsi Məhəmməd Afif mətbuat konfransında deyib.
“Müqavimət döyüşçülərinin gözləri görür, qulaqları eşidirsə, əlimiz sizə keçən dəfə çatmayıbsa, bizimlə sizin aranızda günlər, gecələr və döyüş meydanı var .”-deyə o bildirib.
Afif İsraildə Hizbullah döyüşçülərinin məhbuslarının olduğunu etiraf edərək, onların sayını göstərmədən imtina edib və bunu təhlükəsizlik naminə edildiyini bildirib.
“Mən bilirəm ki, düşmənin müharibə etikasına və beynəlxalq konvensiyalara sadiqliyi yoxdur”-deyə o qedy edib.