Beyrut,ArabAZ

İsrailin ölkənin şimalındakı vəziyyətlə məşğul olmaq vaxtı çatıb, Livan Hizbullahı ilə üz-üzə gəlib, həm Hizbullaha həm də İrana dərs verməyin vaxtı gəlib çatıb. ArabAZ xəbər verir ki, bunu İsrailin Müharibə Şurasının keçmiş üzvü Benni Gantz deyib.

Vaşinqtonda Yaxın Şərqlə bağlı müzakirə forumunda iştirak edən Gantz, “Şimala müdaxilənin zamanı gəli biz bu  məsələdə bir az da gecikmişik”-deyə o bildirib.

 “Qəzzada biz kampaniyada həlledici məqama çatmışıq.Düşünürəm ki, girovları azad etmək üçün razılığa gəlməyə çalışmalıyıq, lakin yaxın günlərdə və ya həftələrdə buna nail ola bilməsək, şimala (Livana)  getməliyik. Mən daha çox gözləməyə ehtiyac duymuram.Bizim bunu etmək imkanımız var”-deyə o əlavə edib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version