BEYRUT,ArabAZ
Hizbullah liderləri haqqında əsasən mılumatlar az olmasın baxmayaraq, Nəsrullahın öldürülmısindən sonra, lider seçilən Naim Qasim haqqında məlumat yetərincə var.
Peşəsi kimyagər olan və ömrünün onillərini bu elmi öytərməyə sərf edən Qasim Həsrullahdan daha az xarizmatikdir. Baxmayaraq ki, o Hizbullah içində Nəsrullahdan daha sərt olması və ünsiytəcil olmaması ilə seçilirdi. Digər bir tərəfdən dini və məzhəbi görüşü onun şəxsiyyatinə tam hopub.
Hizbullahın yeni kimyagər baş katibib, gənc yaşlarından dini cərəyanlara cəlb olunub. 18 yaşında o, Beyrut məscidlərində və hüseyniyyələrində (Şiəlik adı altında İran təsir agentlərinin yetişdirildiyi “dini” ocaqlar) Şiə İslam fiqhini və şiə əqidəni (əqidə) təbliğ edir və öyrədirdi. 1970-ci illərin əvvəllərində o, Msaytbeh Məhəlləsi üçün rəhbərlik etdiyi Livanda Müsəlman Tələbələr Birliyinin yaradılmasına kömək etdi və şiə islam fikrinin yayılmasında ciddi rol aynadı.
O, həmçinin iranlı Mustafa Çamranla birlikdə “Hərəkətül-Mahrumin”in (Məhrumlar Hərəkatı) işə salınmasına hazırlıq üçün Musa əs-Sədrin rəhbərlik etdiyi ilk görüşlərdə iştirak edib. Bu, Amal Hərəkatının başlanğıcı idi.
Onun şiə icması daxilində İslami dəyərləri və təcrübələri təbliğ etməyə olan bağlılığı onu bu hərəkat daxilində əhəmiyyətli mədəni və dini məsuliyyətlər üzərinə götürməyə vadar etdi.
Qasim öz dini ideologiyasına uyğun olaraq, şiə icmasını “məzhəb cəhaləti”ndən Vilayətul-Fəqih (Fəqihin qəyyumluğu) qəbul etməsinə keçməyi hədəfləyən İslam Dini Təhsil Dərnəyini (IREA) qurub.
Onun nəzarəti altında IREA öz dərsliklərini hazırladı və məktəblərdə dini təhsilin və müqavimət “mədəniyyətinin” təşviqində mühüm rol oynayan müəllimlər hazırladı.
Daha sonra o, İslam mərkəzləri və məktəbləri (məsələn, Əl-Mustafa Liseyi kimi) yaratdı, dini maarifləndirmə tədbirlərini, o cümlədən örtünmə yaşına çatmış qızlar üçün hicablanma mərasimlərini və Aşura məclislərini təşkil etdi. İran İnqilabından sonra o, bütün hərəkət və akademik rollardan istefa verdi, əvəzində Beyrutdakı ənənəvi İslam seminariyalarda daha çox təhsil almağı seçdi.
Geniş təhsili onun “görkəmli din ziyalısı” adlandırılmasına səbəb oldu, lakin təhsili onun İslam maarifləndirməsində fəallığını davam etdirdiyi məscidlərdə və hüseyniyyələrdə dini təbliğatını davam etdirməsinə mane olmadı. İranın Livanda artan rolu (mədəni və siyasi işğalı) ilə o, siyasətə girməyə qərar verdi.
1980-ci illərin əvvəllərində o, Livanda İran İslam İnqilabının tərəfdarlarına qoşularaq, İran inqilabı ilə uyğunlaşmanı müdafiə edən ictimai və mədəni cəhətdən fəal olan İslam Komitələri adlı vətəndaş birliyi yaratdı. Bu, tezliklə böyük bir siyasi şiə qüvvəsinə çevrildi və nəticədə Hizbullah anlayışının yaranmasına səbəb oldu.
1982-ci ilə qədər İranla sıx bağlı şiə siyasi partiyasına ehtiyac olub-olmaması məsələsində müzakirələr intensivləşdi. İndi tanınmış din xadimi olan Qasim Beyrutda təhsil və kəşfiyyat vəzifələrini öz üzərinə götürərək Hizbullahın ilkin ideologiyasının və baxışının formalaşmasında mühüm rol oynadı. Baş katibin müavini olana qədər sədr müavini, sonra icra şurasının sədri oldu.
Dönəmin Baş katib Abbas Musəvi öldürüləndə lierlik Qasimdan yan keçdi və yeni baş katib Nədrullah oldu. Nəsrullah öldürüldükdən sonra Haşim Səfiəddinin namizədliyi irəli sürüldü. Səfiəddinə olunan sui-qəsdindən günlər sonra Hizbullah üçün Qasimin seçilməsindən sonra, başqa əlac qalmadı.
1992-ci ildə Livanın müharibədən sonrakı ilk seçki dövrü zamanı, Hizbullah ilk dəfə parlament iclasına daxil olanda Qasim onun seçki koordinatoru idi. Daha sonra o, Hizbullah parlamentarilərinin fəaliyyətinə, bəyanatlarına, maliyyə əməliyyatlarına və maaşlarına nəzarət edən quruma rəhbərlik edib.
Hizbullah ilk dəfə hökumətdə iştirak etdiyindən, Livandakı ardıcıl administrasiyalarda mühüm qərar qəbuletmə rolunu oynayıb, öz nazirləri və müttəfiq Amal Hərəkatının nazirləri vasitəsilə təsir göstərib. Kollektiv olaraq “şiə dueti” kimi tanınan Hizbullah və Amala Livanın ənənəvi siyasi və mədəni kimliyi, ərəb dünyasındakı rolu və regional əlaqələri ilə ziddiyyət təşkil edən bir gündəm güdürdülər.
Qasim akademik təcrübəsi və fransız dilini mükəmməl bilməsi ona Livanın siyasi dairələri arasında əlaqə yaratmağa, ittifaqları gücləndirməyə və Hizbullahın müttəfiq Livan fraksiyaları ilə əlaqələrini genişləndirməyə kömək etdi. Livanın ictimai həyatında həmişə iştirak edən Qasim, müntəzəm olaraq rəsmi mərasimlərdə, ictimai tədbirlərdə, mətbuat konfranslarında iştirak edir və siyasi məsələlərlə bağlı bəyanatlar verirdi.
Nəsrullah təhlükəsizlik narahatlığına görə məhdud ictimai çıxışlar etdiyi üçün (adətən yalöncədən lentə alınan televiziya çıxışlarında görünür) Qasimin görkəmli ictimai rolu ona birbaşa əlaqə üçün ideal fürsət verirdi.Lakin o, bundan daha geniş təsir və ictimai əlaqə üçün tramplin kimi istifadə etmədi.
Nəsrullah öldürüldükdən sonra Qasim dörd dəfə xalq qarşısında çıxış etdi. Üç çıxışında o, Hizbullahın atəşkəs danışıqları və hərbi vəziyyətlə bağlı mövqeyini açıqladı. Dördüncü dəfə isə,
yeni baş katib olmasını elan etdi. Analitiklər qeyd edirlər ki, dörd çıxışışın heç birindı onda liderlik və xarizma hiss olunmadı.
Qasim təbii ki,Qasim öz siması ilə Hizbullah və Nəsrullah aşiqlərində bir nostalji hissini oyadacaq.
Qasım, İranın Ali Liderləri Xomeyni və Xameneyi ilə bağlı 20-dən çox kitabın müəllifi olmaqla, bütün Hizbullah Baş Katibləri arasında akademik baxımdan ən müvəffəqiyyətli olanıdır . Onun başqa bir kitabı olan “Hicabla Hekayəm”də qadınların, xüsusən də boşanmış qadınların cəmiyyət üçün dərk edilən təhlükələri ilə bağlı fikirləri vurğulanır.
Şiəlikdə (imamiyyə şiəliyində) əmmamənin rəngi simvolikdir. Qara çalma Məhəmməd peyğəmbərin nəsli üçün nəzərdə tutulub ki, bu da bəzi din xadimlərinə xüsusi ictimai və siyasi hörmət və reputasiya bəxş edir.
Qasimin əmmaməsi ağdır. Onun xarizmasının olmaması ilə birlikdə bu, tamaşaçıları ruhlandırmaq qabiliyyəti ilə bağlı narahatlıq doğurur.Məsələ ondandır ki , Qasim, Nəsrullah kimi uğur qazanmaq üçün, sərt davranışları mənimsəməli və auditoriya ilə əlaqə qurmaq bacarıqlarını inkişaf etdirməlidir.
Onun rəhbərliyi (Tehran) ondan itkiləri gizlətməyi, emosional və maddi arxayınlığı təmin etməyi və problemdən məsələyə problemsiz keçid etməyi tələb edəcək. Livanda şişirdilmiş şiə “əksəriyət” ilə dərindən əlaqə qurma qabiliyyəti olmadan o, Hizbullahı gücləndirməkdənsə, uçuruma aparacaq.
Bəziləri üçün Qasimin seçilməsi İranın Hizbullahın doktrinal və ideoloji təməlini yenidən qurmaq niyyətindən xəbər verir. Əgər belədirsə, onun seçimi strateji siyasi gedişdir.