Şənbə, 27 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » HONOR Səudiyyə bazarına girməyə çalışır

HONOR Səudiyyə bazarına girməyə çalışır

İyun 27, 2026 5:29 səhər
Paylaş
Paylaş

“HONOR” şirkəti özünün qatlanan “Magic V6” modelini təqdim etmək üçün Ər-Riyadı seçsə də, bu fürsətdən daha böyük bir hədəfin siqnalını vermək üçün istifadə edib. Cihazın təqdimatı ilə yanaşı, şirkət birbaşa Səudiyyə Ərəbistanının sürətlə inkişaf edən korporativ bazarına yönəlmiş iddialı bir B2B strategiyasını nümayiş etdirib. “HONOR” şirkətinin Qlobal Məhsul Marketinqi Direktoru Niki Nahar üçün bu vaxt seçimi tamamilə məqsədyönlüdür.

ArabAZ xəbər verir ki, təqdimat tədbiri çərçivəsində “Saudi Gazette” qəzetinə danışan Nahar bildirib ki, “B2B məkanında real olaraq etmək istədiyimiz şey çox sıx bağlı bir dünya yaratmaq və bizneslərin qeyri-məhdud potensiala çatmasına təkan verməkdir”.

Bu strategiya “HONOR“un Mobil Dünya Konqresində (MWC) yeni baş direktorla birlikdə elan etdiyi və şirkətin Şençjendəki baş qərargahından ayrılan 10 milyard dollarlıq investisiya ilə dəstəklənən “Alpha Planı“na əsaslanır. Plan üç mərhələli ambisiyanı nəzərdə tutur: dünyanın ən ağıllı smartfonunu, daha sonra ən ağıllı ekosistemini və nəticədə ağıllı dünyanı qurmaq. B2B sahəsi indi bu səyahətin mərkəzində dayanır.

Bu, istehlakçı cihazları üzərində qurulmuş bir brend üçün əhəmiyyətli bir dönüşdür. “HONOR” fərdi smartfon bazarında tanınmaq üçün illər sərf edib və Nahar bu uğuru korporativ etibarlılığa çevirməyin çətinliyini qəbul edir.

O, “Bizdən görəcəyiniz şey, Səudiyyə Ərəbistanında qurduğumuz bütün B2C (istehlakçıya yönəlmiş) dəyərləri necə transfer edəcəyimiz və bunu faktiki olaraq B2B tərəfinə keçirəcəyimizdir”, – deyə, o  bildirib.

Təklifin mərkəzində təhlükəsizlik dayanır. “HONOR“un korporativ həllərini nəzərdən keçirən bizneslər şirkətin rəsmi keyfiyyət sənədlərinə güvəndiyini görəcəklər: ISO akkreditasiyası, informasiya təhlükəsizliyi hesabatları (white papers) və hökumət çərçivə qaydalarına uyğunluq. İstifadəçilərə videozəng edən şəxsin real və ya süni intellekt tərəfindən yaradıldığını (deepfake) yoxlamağa imkan verən “AI Deepfake Detection” texnologiyası korporativ müştərilər üçün praktiki etibarlılıq mexanizmi kimi mövqeləndirilir. “Google” və “Microsoft” ilə tərəfdaşlıqlar böyük texnoloji investisiyalar edən təşkilatlar üçün əlavə bir təminat kimi göstərilir.

“HONOR”un Krallıqda hədəflədiyi şaquli bazarlar (sektorlar) tikinti və inkişaf bümünün ən çox nəzərə çarpdığı sahələri əks etdirir. Şirkət öz planşet cihazları vasitəsilə artıq təhsil, tikinti və loqistika sahələrində mövqe qazanıb, lakin Naharın ən böyük coşğu ilə təsvir etdiyi məhsullar “Süni İntellektli Dəbilqə” (AI helmet) və “Süni İntellektli Qüllə”dir (AI Tower).

Sənaye mühitləri üçün hazırlanmış süni intellektli dəbilqə, tarixin ən böyük tikinti proqramlarından birinin tən ortasında olan bir ölkə üçün tamamilə təbii bir seçimdir. Nahar, “Vision 2030-un təqdim etdiyi hər bir imkanla birlikdə biz orada nəhəng bir potensial görürük”, – deyə o  əlavə edib.

“AI Tower” isə kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə yönəlib. Cihaz biznes analitikası mərkəzi kimi fəaliyyət göstərir və kiçik və orta sahibkarlara, korporativ texnologiyaların tətbiqi ilə adətən yaranan infrastruktur xərcləri olmadan süni intellektlə işləyən alətlərə çıxış əldə etməyə kömək etmək üçün dizayn edilib.

“HONOR”un ən çox danışılan məhsulunun Səudiyyə istehlakçılarına nə vaxt çatacağı sualı hələlik açıq qalır. MWC-də böyük diqqət çəkən robot telefon hazırda bu ilin ikinci yarısında Çində kommersiya satışından əvvəl son sınaq mərhələsindədir. Şirkət yerli bazara çıxış təcrübəsini öyrəndikdən sonra Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda da satışa başlayacaq.

Nahar, “Bu, bizə proses gedişində öyrənməyə, sınaqdan keçirməyə və bütün dünyadakı istifadəçilər üçün təcrübəni təkmilləşdirə biləcəyimizə əmin olmağa imkan verəcək”, – deyə bildirib.

Bu, böyük reaksiya doğuran bir məhsul üçün təmkinli bir yanaşmadır. “HONOR” robot telefonu smartfonların yeni bir növü kimi xarakterizə edir və şirkət aydın şəkildə dərk edir ki, kommersiya təcrübəsini düzgün qurmaq texnologiyanın özü qədər vacibdir.

Hazırda “HONOR”un Səudiyyə Ərəbistanındakı diqqəti B2B təməllərini qurmağa yönəlib: əlaqələr, akkreditasiyalar, sahəvi ekspertiza və sadəcə cihaz satışına deyil, biznes nəticələrinə əsaslanan xidmət modeli. Şirkətin istehlakçı bazarında qazandığı uğuru korporativ sektorda da təkrarlaya bilib-bilməyəcəyi regionun ən rəqabətli və sürətlə inkişaf edən texnologiya bazarlarından birində sınaqdan keçiriləcək. Nahar şirkətin mövqeyi barədə qəti danışıb: “HONOR bu süni intellekt təcrübələrini təqdim etməyə və bizneslər üçün qeyri-məhdud potensial yaratmağa hazırdır”.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə Həcc modelini kökündən yenilədi

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə Ərəbistanı

Səudiyyə səhiyyəsində innovasiyalar dövrü

Müəllif:
ArabAZ News
BƏƏRedaktorun seçimi

Dubayda çalışanların diqqətinə-Bu qaydalar dəyişir

Müəllif:
ArabAZ News
İraqKüveytSəudiyyə Ərəbistanı

Səudiyyə Küveytə edilən hücumları qınayıb

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.