SƏNA,ArabAZ
Yəməndəki husilərin verdiyi açıqlamada, İsrailə məxsus gəmilərinin mülkiyyətində və ya bayrağında hər hansı dəyişikliyin nəzərə alınmayacağını bildirərək, hücumların davam edəcəyini açıqlayıblar. ArabAZ xəbər verir ki, Husilərin hərbi sözçüsü tərəfindən edilən açıqlamada, “bütün kəşfiyyat məlumatlarına” sahib olduqları vurğulanıb.
“İsraildəki bir çox gəmiçilik şirkətləri husilərin hücumlarından qaçmaq üçün “mülklərini satmağa və ya gəmiçilik və dəniz daşımalarında istifadə etdikləri gəmiləri başqa şirkətlərə təhvil verməyə, eləcə dəigər tərəflərin adına qeydiyyata almağa çalışırlar”-deyə bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, “İsrailin hücumları dayanana, Qəzza zolağındakı humanitar mühasirə və Livana qarşı bombardmanlar bitənə qədər bu mühasirə davam edəcək”.
Təxminən bir ildir ki, Qırmızı dənizin girişindən və Yəmən sahillərindən keçən gəmilərə hücum edən husilər, İsrailə aid və ya ona bağlı gəmilərə qarşı həyata keçirildiyini söylədikləri hücumların, Qəzza zolağındakı fələstinlilərə dəstək məqsədi daşıdığını vurğulayırlar.
Husilər həmçinin Yəməndə nəzarət etdikləri ərazilərdən pilotsuz uçuş aparatları (PUA) və ya ballistik raketlərlə İsraildəki hədəflərə hücum edirlər.