Bakı, ArabAZ
İHH Humanitar Yardım Vəqfi İsrailin hücumları altında olan Qəzzaya yardım işlərinə davam edir.
ArabAZ xəbər verir ki, oktyabrın 7-dən bu yana yüz minlərlə insana qida, sığınacaq, gigiyena və sağlamlıq sahələrində dəstək verən fond 10 milyon 135 min isti yemək, 9 milyon 385 min çörək və 176 min ərzaq bağlaması paylayıb.
İHH-nin qurduğu səyyar mətbəxlərdə hər gün 35 minə yaxın qəzzalıya isti yemək paylanır.
Qəzzaya qarşı son hücumların başladığı 7 oktyabrdan bəri İHH şəhərdə, 10 milyon 135 min 504 ədəd isti yemək, 2 min 59 tanker içməli su, 176 min 832 ədəd ərzaq bağlaması, 9 milyon 385 min 902 ədəd çörək, 1 milyon 169 min 368 ədəd müxtəlif qida məhsulları (konservlər, makaron, hazır paketlər və s.), 44 min 33 adyal, 747 min 855 bağlama lipid əsaslı qida əlavələri, 57 min 610 xalça, 20 min 236 paltar, 105 min 568 gigiyena bağlaması və 129 min 789 kisə un paylanıb.
Məlumat üçün qeyd edək ki, İHH Qəzzaya çatdırılmaq üçün 12 təcili yardım maşını da alıb. Bütün təcili yardım maşınları AFAD vasitəsilə Qəzzaya çatdırılıb.
Fond 2 min 44 çadır, 1300 ilk yardım çantası, 63 min 743 xəstə və uşaq bezi, 10 min 80 bağlama uşaq qidası, 11 min 311 ailəyə tərəvəz paylanması, 10 min 168 bağlama xurma, 340 tibbi məhsul və 485 litr yanacaq yardımı göstərib.
Qəzzalılara dəstək olmaq istəyən donorlar İHH Humanitar Yardım Vəqfinin internet saytında onlayn ianə yolu ilə və ya fondun bank hesab nömrələrinin təsvir hissəsində GAZZE yazaraq istədikləri məbləği verə bilərlər.