Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Eyni Sosial Araşdırmalar Mərkəzinin eksperti

… Axı yazmışdım. Ərəbləri nə dərəcədə tanıyırıq. Ərəb cəmiyyətlərini, mütəfəkkirlərini, bizim ölkəmizə münasibətini. Mətbuatımızda son zaman islamafob, bir qism də ərəbəfob yazarların rolu da az deyildir bu işdə. Məhz buna görə son İsrail-Fələstin müharibəsində sorğularda qəribə suallar qoyulur: “ İsraili yoxsa Fələstini…?”. Əslində, sualın bu şəkildə qoyulması etik deyildir. Çünki biz işğal, zülm yaşamış bir xalqıq. Harada minlərlə uşaq, qadın, qoca bombalar altında şəhid edilirsə, zindanlarda işgəncələrdən ağlını itirirsə, babalarının qucaqlarında cəsədləri səmaya doğru qalxırsa əxlaq deyir ki, məhz onları dəstəklə. Onların dini görüşlərinə, dillərinə, rənglərinə baxma.
Bir də vəfa borcu deyə bir şey vardır. 1990-cı illərin başlarında qaçqın düşərgələri quran, humanitar yardımlar gətirən elə həmin ərəblər idi. Ermənilələ diplomatik əlaqə qurmayan da elə həmin ərəblər idi. Doğrudur, son zaman vəfa bir mənəvi xislət olaraq unudulur.
Hələ mən Qarabağ savaşında Azərbaycan xalqını təbrik edən və hüquqi olaraq bizdə terrorçu kimi tanınmayan HƏMAS-ı deyirəm.
Deməli, ölkəmizdə bəziləri var, ərəbləri ermənilərlə ləkələmək üçün Karen Barons HƏMAS-yaratdı, deyə müsahibələr verir.
Elə şəxs isə ümumiyyətlə yoxdur, heç bir ciddi araşdırmaçı, ingilisi, rusu, ermənisi, ərəbi, hətta yəhudisi belə bu haqda yazmayıbdır. Bütün bunları qoyaq kənara biz Qarabağ ermənilərini və bütün xristyanları dəstəkləyəcəm deyən Tramplar dünyasında yaşayırıq.
Yoxdurmu bizim də, müsəlman hissiyatımız. Axı biz hələ müsəlmanıq, müsəlman adları daşıyırıq. Ən başlıcası isə insanıq. İnsanlıq Fələstinin yanındadır.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version