Əmman,ArabAZ
İordaniya həftə sonu İranın İsrailə hücumu zamanı çoxsaylı raket və pilotsuz təyyarələri ələ keçirib, lakin bu o demək deyil ki, krallıq “regional müharibədə meydança” olacaq. ArabAZ xəbər verir ki. Bunu İordaniya kralı II Abdullah deyib.
“Krallığın öncəliyi millətin təhlükəsizliyini və suverenliyini bütün digər məsələlərdən üstün tutmaqdır. İordaniyanın məqsədi İsraili müdafiə yox, öz suverenliyini qorumaqdır” deyə o bildirib.
Qeyd edək ki, daha öncə İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib ki, beynəlxalq ictimaiyyət İsrailin baş naziri Benyamin Netanyahunun İranla qarşıdurmasını gücləndirərək diqqətini Qəzzadan baş verənlərdən yayındırmaq istəyinə mane olmalıdır.
“Biz eskalasiyanın əleyhinəyik. Netanyahu diqqəti Qəzzadan uzaqlaşdırmaq və diqqətini İranla qarşıdurmasına yönəltmək istəyir”, – deyə, Safadi əlavə edib.