AMMAN,ArabAZ
İordaniya və Türkiyə İsrailin Qəzzaya qarşı müharibəsini və Livandakı münaqişəni dayandırmaq üçün hərəkətə keçməyə çağırmağa davam edir.ArabAZ xəbər verir ki, İordaniyanın xarici işlər və miqrasiya naziri Ayman Safadi və türkiyəli həmkarı Hakan Fidan Ankarada İsrailin Qəzzaya qarşı müharibəsinin dayandırılmasının prioriteti barədə razılığa gəliblər.
“İsrailin Qəzza, İordan çayının qərb sahili və Livana qəddar təcavüzünü dayandırmaq və ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədimizə çatmaq üçün birgə koordinasiya və daimi əməkdaşlığımızı davam etdiririk. İsrail xəstəxanaları və hətta Qəzzanın şimalında fəaliyyət göstərən yeganə çörək zavodunu hədəf alaraq Qəzzanın şimalını sakinlərindən boşaltmaq istəyir. İsrail təcavüzünün davam etdiyini görürük və baş verənlər sübut edir ki, İsrail öz təhlükəsizliyini təmin etmək iddiasından çox şey istəyir “-deyə Safadi bildirib.