Bakı,ArabAZ
Misirin xarici işlər naziri Bədr Əbdül-Əti İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı zamanı Misirli nazir iranlı həmkarına vurğulayıb ki, regionun daxili qarşıdırmadan və yarana biləcək ciddi siyasi və hərbi münaqişəərdən qorumaq lazımdır.
Həqiqətən etifar etmək lazımdır ki, bu gün başda Yaxın Şərq olmaqla, demək olar ki, bütün İslam coğrafiyası ciddi böhran içindədir. Təbii ki, istisnalar var, belə ki, bəzi müsəlman öılkələrində ciddi siyasi liderin olması bu ölkədə böhran olmasının qarşısını alır. Bu ölkələrdən biri də heç şübhəsiz Azərbaycandır. Lakin bu da bir faktdır ki, heç də bütün islam dünyası sülhün və sabitlyin olmasında maraqlı deyillər. Bunlardan öndə gələni bəlkə də birincisi məhz İrandır. Eyni zamanda İranla yanaşı bölgədə istiqrar düşməni olan kollektiv qərb və ABŞ-da var.
Lakin mövzumuz Yaxın Şərqin qan gölünə dönməsində əvəzsiz xidməti olan İrandır.Aydındır ki, İran İslam İnqilabından sonra başlıca məqsəd bölgədə şiə müsəlman faktorundan istifadə edərək “İnqilabın ixaracı” idi və İran rəsmiləri də bu gün bunun üçün əlindən gələni edirlər.
“İnqilabı ixrac etmək” və “məzlumları dəstəkləmək” ideyası bu gün Yaxın Şərqi qan gölünə döndərib. Lakin bu o demək deyil ki, İrsan bu məslədə hər zaman uğurlu olub və bu uğur İslam qardaşlığı altında yürüdülən Fars imperializminə xidmət edən İran rejimi üçün hər zaman davamlı olacaq.
25 mart 2007-ci ildə Xamneyiyə yaxın adam və onun müşaviri və Kayhan qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari ilə 2007-ci il martın 26-da Asharq Al-Awsat qəzetinə verdiyi müsahibədə İranın bölgədə daha geniş hədəfləri olduğunu bildirib. Yaxın Şərq məsələsinə toxunan Şəriətmədari : “Biz hərbi cəhətdən hazırıq və həyəcan vəziyyətindəyik və inanıram ki, bir şey olarsa, amerikalılar və israillilər peşman olacaqlar. Hizbullah baş verə biləcəklərin sadəcə bir nümunəsidir”-deyib.
Tehran molla rejiminə tabe olmaq Hizbullah liderlərinin özləri tərəfindən inkar edilmir, Hizbullah liderləri və eləcə də sıravı döyüşçülər hesab edir ki, Livan elə İrandır.
Müsahibəsində Səddam Hüseyni axmaq adlandıran Şəriətmədari Buşun əli onun devrilməsinin olduqca müsbət hal olduğunu deyirdi.
“İraq şiə “fundamentalist” müxalifətinin “fövqəladə imkanlarını” işə salmağa imkan verdi, o zaman Xamneyinin müşaviri demişdi: “İranda onilliklər sürgündə olanlar indi İraqda hakimiyyətdədirlər. Bu, mühüm üstünlükdür və bu, bizim xeyrimizə olan üçüncü məqamdır”, -deyə Hüseyn Şəriətmədari bildirmişdi.
İranın “İslam həmrəyliyi”, “İslam qardaşlığı” adı altında inqilabdan bu günə qədər necə kirkin siyasət yürütdüyü hər kəsə bəllidir. Hədəf ərəb torpaqlarına sahib olmaqla yanaşı , İranın ətrafında bufer zonalar yaratmaqdır. Təəssüf ki, İran bu gün bu bufer zonaları yarada bilib.
ArabAZ xəbər xidməti