QÜDS,ArabAZ
İsrail ordusu şənbə günü İranın hava hücumundan müdafiə sistemlərinə endirdiyi hava zərbələrinin ona İranın hava məkanında daha çox hərəkət azadlığı verdiyini bildirib. ArabAZ xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Hagari televiziya brifinqində deyib.
“İsrail indi İranın hava məkanında da daha geniş hərəkət marjasına malikdir”-deyə o bildirib.
Qeyd edək ki, İsrail İrana iyirmi obyekti əhatə edən üç dəfə zərbələr endirib, İran mediası isə məlumatlı mənbələrə istinadən İsrailin “kiçik uçan obyektlər”lə həyata keçirdiyi hücum əməliyyatının uğurla dəf edildiyini yazıb.
İsrail ordusu açıqlamasında İranı hədəf alan zərbələri tamamladığını və təyyarələrinin “İranın İsrailə atdığı raketləri istehsal etmək üçün istifadə edilən obyektlərə zərbə endirdikdən” sonra “geri qayıtdığını” bildirib.