TEHRAN,ArabAZ
İslam müqavimətinin atrılmas hissəsi olan Hizbullah yenidən quruludu, Tehranın artıq heç bir qorxusu yoxdur.ArabAZ xəbər verir ki, bunu İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salami İrandakı nüfuzlu din xadimləri ilə görüşü zamanı bildirib.
O qeyd edib ki, İran və Hizbullah , “Sionist rejim” üçün əsl şok yaratdı və onun təhlükəsizlik baxımından kövrəkliyini nümayiş etdirdi.
“İsrail rejimi bütünlüklə Amerikanın dəstəyindən asılıdır. Böhranlarını media müharibəsi ilə gizlətmək cəhdlərinə baxmayaraq, bir gün belə İrana qarşı dözə bilməyəcək”-deyə o bildirib.
Qeyd edək ki,İsrail Livana hücumu zamanı Hizbullahın baş katibi Həsən Nəsrullahı, İranla müttəfiq qrupun İcraiyyə Şurasının rəhbəri Haşim Safi əd-Dini və digər liderlərini öldürüb.