Cümə axşamı, 9 İyl 2026
ArabAZ-عرب أذربيجان
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-عرب أذربيجانArabAZ-عرب أذربيجان
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » İran Küveyt və Bəhreynə yenidən kütləvi raket zərbələri endirdi

İran Küveyt və Bəhreynə yenidən kütləvi raket zərbələri endirdi

İyul 9, 2026 4:21 səhər
Paylaş
Paylaş

Körfəz regionunda hərbi gərginlik pik həddə çatıb. Bu gün səhər saatlarında (9 iyul 2026-cı il) Küveyt və Bəhreyn əraziləri kütləvi raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

تم إطلاق صافرة الإنذار، نرجو من المواطنين والمقيمين الهدوء والتوجه لأقرب مكان آمن ومتابعة الأخبار عبر القنوات الرسمية.

— Ministry of Interior (@moi_bahrain) July 9, 2026

ArabAZ xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının işə salındığını və hava hücumundan müdafiə (HHM) sistemlərinin düşmən hədəflərini zərərsizləşdirdiyini elan edib. Nazirlik rəsmi “X” platformasında vətəndaşları sakitliyə və dərhal ən yaxın sığınacaqlara keçməyə çağırıb. Küveyt Ordusu da HHM qüvvələrinin hazırda kütləvi raket və PUA dalğasını dəf etdiyini, eşidilən partlayış səslərinin raketlərin göydə vurulması səbəbindən yarandığını bəyan edib.

https://x.com/KuwaitArmyGHQ/status/2075018084050502076?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2075018084050502076%7Ctwgr%5E3194eba160595d33fdaa1f78a71bb76c2a76ef38%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Faawsat.com%2FD8A7D984D8B9D8A7D984D985-D8A7D984D8B9D8B1D8A8D98A%2FD8A7D984D8AED984D98AD8AC%2F5293895-D987D8ACD985D8A7D8AA-D8B5D8A7D8B1D988D8AED98AD8A9-D8AAD8B3D8AAD987D8AFD981-D8A7D984D983D988D98AD8AA-D988D8A7D984D8A8D8ADD8B1D98AD986

Qətər Daxili İşlər Nazirliyi isə regionda təhlükəsizlik təhdidinin maksimum həddə yüksəldiyini elan edərək, hər kəsi evlərində qalmağa, pəncərələrdən və açıq sahələrdən uzaq durmağa çağırıb.

SEPAH rəsmən boynuna aldı: ABŞ-ın dörd strateji bazası vuruldu

Hücumların dərhal ardından İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq əməliyyatın məsuliyyətini öz üzərinə götürüb. İran dövlət televiziyası vasitəsilə yayılan bəyanatda bildirilir ki, bu zərbələr ABŞ-ın son hərbi hücumlarına cavab olaraq həyata keçirilib.

SEPAH raket və PUA-larla ABŞ-ın Küveyt və Bəhreyndəki dörd əsas hərbi bazasını hədəf aldığını açıqlayıb. Hücuma məruz qalan strateji hərbi obyektlər bunlardır:

Küveytdə: “Arifcan” (Camp Arifjan) və “Əli Əl-Salim” hava bazası.

Bəhreyndə: “Əl-Cüfeyr” (ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanma bazası) və “Şeyx İsa” hərbi hava bazası.

İran tərəfi bəyanatın sonunda xəbərdarlıq edib ki, əgər ABŞ-ın hücumları təkrarlanarsa, SEPAH regiondakı digər Amerika bazalarını da eyni amansızlıqla hədəf alacaq və müharibənin miqyası daha da genişlənəcəkdir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İran

Danışıqlara hazırıq – İran

Müəllif:
mail.azerpress@gmail.com
İranRedaktorun seçimiTəhlil

İXVANA xəbərdarlıq: İranla əməkdaşlıq bədəli ağır olacaq

Müəllif:
ArabAZ News
KüveytRedaktorun seçimi

Küveytin iqtisadi balansının sirləri

Müəllif:
ArabAZ News
İran

İranlıların böyük əksəriyyəti – 87%-i danışıqlara yox deyir

Müəllif:
ArabAZ News
ArabAZ-عرب أذربيجان
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.