DƏMƏŞQ,ArabAZ
İran Ali dini lideri Əli Xamneyi deyib ki, “düşmənlər” “müqavimət” məsələsinin Bəşər Əsədin devrilməsi ilə başa çatdığına inanır və bu bpyük bir səhvdir.
Xameneyi İranın Livanda və Suriyada aldığı zərbələrə baxmayaraq yenə İsraili yer üzündən silməkdə qərarlı olduğunu bildirib.İranın Suriyada minlərlə günahsız insanın pldürülməsində əzəvsiz xidməti olmasına baxmayaraq, Suriyanın yeni höküməti ilə normal münasibət qurmaqda ümidli olduğunu bildirib.
50 dəqiqədən çox Suriya hadisələri ilə bağlı əvvəlki çıxışından fərqli olaraq, Xameneyi bu dəfə bölgədəki hadisələrə, xüsusən də Əsəd hakimiyyətinin sona çatmasının fəsadlarına qısaca toxundu.
Xameneyi Hizbullahın baş katibi Həsən Nəsrullah və HƏMAS lideri Yəhya Sinvarın öldürülməsinə toxunub.
“Görün, Qəzzaya hər gün necə hücum edilir və əhalisi şəhid olur. Onlar səbirlidirlər və hələ də müqavimət göstərirlər”-deyə İranın ahıl yaşlı ali dini lideri deyib.
O qeyd edib ki, Livan da müqavimət göstərir.
“Əlbəttə, sionist rejim Suriya vasitəsilə Hizbullahı mühasirəyə almağa hazırlaşdığına inanır, lakin sonda məhv ediləcək İsraildir.”-deyə Xameneyi israr edib.
Xamneyi ötən çərşənbə günü isə qeyd etmişdi ki, Bəşər Əsədin devrilməsinin arxasında qonşu ölkə və Suriya ordusunun zəifliyi ilə yanaşı, “Amerika-İsrail planı” dayanır. O, çıxışında İranın rolunun və “müqavimət oxunun” azalmasını inkar edib və Amerika qüvvələrini regiondan çıxaracağına söz verib.
Xameneyi ötən həftəki çıxışında İranın silah və yardımlarına çıxışın qarşısının alınmasını da etiraf edib və deyib ki, “Son günlərdə bəzi yardım və resursların Suriyaya göndərilməsi planlaşdırılırdı, lakin sionistlər bütün quru yollarını bağlayıblar. Əgər onlar işin sahibi deyillərsə və terrorçu və ya silahlı qruplaşmaların arxasında Suriyaya qarşı vuruşmurlarsa, niyə Suriya xalqına yardımın qarşısını aldılar?”-deyə Xameneyi hiddətlə bildirib.
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib ki, Suriyada rejimin süqutu “İslam Respublikası ilə əlaqəli qüvvələrin strateji dərinliyində balanssızlığa səbəb olacaq”, lakin o, Hizbullahın yeni şəraitə uyğunlaşa biləcəyini gözləyir.
Ötən bazar günü İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami Suriya ordusunun süqutunu və Bəşər Əsədin devrilməsini və İsrailin Suriyadakı hərbi obyektlərə növbəti zərbələrini “İran üçün acı dərs” hesab edib.
“İndi biz başa düşürük ki, ordu dayansa və silahlı qüvvələr müqavimət göstərməsə, bir anda bütün ölkə işğal oluna bilər”-deyə bildirib. Tehranda isti otaqlarda oturan Qalibaf “Dəməşqdəki insanların (müqavimətin) dəyərini anladığına inandığını ifadə edib.
Suriyada sabitlik
Öz növbəsində, Qum Seminariyasının Ali Komitəsinin üzvü Məhəmməd Qarvi Suriya müxalifətinin “Suriyada sabitliyə nail ola biləcəyini” istisna edib.
Qarvi deyib ki, Təhrir əş-Şam qruplaşması “Taliban” və “Əl-Qaidə” ilə “intellektual yaxınlıq”a malikdir, lakin onlar fərqli bəyanatlar verirlər. Bütün bunlar, qonşuları təhdid etməmək, şiə məkanlarına hörmət etmək kimi mövqelərini möhkəmləndirmək və müəyyən reallıq nümayiş etdirmək üçündür.
Qarvinin açıqlamaları Qumdakı ən nüfuzlu dini qurumun, ölkədə son söz sahibi olan Əli Xameneyi ilə sıx əlaqəsi olan nöqteyi-nəzərini əks etdirir.
İran rəsmisi Suriyada daxili qarşıdurmaların davam edəcəyini proqnozlaşdıraraq deyib: “Dəməşqə nəzarət edən silahlı qruplaşmalar mərkəzi hökumət qura bilsələr, çətin ki, bu qruplaşmalar ələviləri, kürdləri və digər azlıqları razı sala bilsinlər”.
Qarvi Suriyadakı yeni hökmdarların qonşu ölkələri təhdid etməməklə bağlı verdiyi vədləri əhəmiyyətsiz hesab edib. O deyib: “Görünür, bu qruplaşmalar Suriyada sabitliyə nail ola bilməyəcək və mövcud hərbi münaqişələrə son qoya bilməyəcək. “Bu, regionun digər ölkələri üçün problemlər yarada bilər”.
O, bəzi ölkələrin, xüsusən də Türkiyə və İsrailin “Suriyada öz maraqlarına çatmağa çalışdığına” işarə edərək, “Şiə və Ələvi qrupları və müqavimət qruplarının ölkəyə nəzarəti bərpa etmək üçün lazımi vaxtda hərəkətə keçəcəyinə ümid etdiyini bildirib. ”
O deyib: “İsraillə son döyüşdə (Müqavimət Cəbhəsinə) dəyən ziyana baxmayaraq, bu qrupların Suriyada gələcək hadisələrdə rol oynaması ehtimalı hələ də var”.
Bununla belə, Qarvi, “Hazırda Dəməşqə nəzarət edən silahlı qrupların İrana qarşı olduğunu və düşmən mövqelərə malik olduğunu, lakin İran ehtiyatlı olmağa və hakimiyyəti ələ keçirəcəkləri təqdirdə onlara təcrübə qazanmağa imkan verməyə çalışır. Lakin biz onlarla da əlaqə qura bilərik” deyib.