TEHRAN,ArabAZ
İran prezident Donald Trampı hədəf alan sui-qəsd planlarında ABŞ-ın onu ittiham etməsinin tamamilə əsassız olduğunu bildirib.ArabAZ xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İranın keçmiş və ya indiki Amerika rəsmilərinə qarşı sui-qəsd cəhdində əli olması ilə bağlı iddialar tamamilə əsassızdır”-deyə o bildirib.
Qeyd edək ki, dünən (cümə) ABŞ Ədliyyə Nazirliyi ABŞ prezident seçkiləri öncəsi İranın Trampa qarşı sui-qəsd planının uğursuzluğunun təfərrüatlarını açıqlayıb və iddia edib ki, İran Trampı oldürmək üçün bir şəxs təyib edib. Planın arxasında İran İnqilabı Keşikçiləri Korpusunun xarici qolu olan Qüds Korpusu dayanır.