Bağdad,ArabAZ
İraqın baş naziri Muhəmməd Şia Əl-Sudani deyib ki, “Beynəlxalq Koalisiya” qüvvələrinin ölkədən çıxarılması tarixinin açıqlanması İŞİD-lə mübarizə üzrə beynəlxalq konfrans zamanı olacaq və o, “iranlılarla amerikalıların yaxınlaşması üçün ciddi səylər göstərilir”
Əl-Sudani hesab edir ki , İraqın xarici qüvvələrə ehtiyacı yoxdur, çünki artıq müharibə dövrü bitdi və İraq sabitliyə qədəm qoydu.
“Xarici qüvvələrin mövcudluğuna haqq qazandırmaq artıq mövcud deyil və İŞİD ölkə üçün əsl problem deyil. Beynəlxalq koalisiyanın missiyasına son qoymaq onun İraqla əlaqələrini dayandırmaq demək deyil, əksinə, koalisiya ölkələri ilə davamlı təhlükəsizlik əlaqələri, iqtisadi və mədəni əlaqələr qurmaq üçün danışıqlar aparılır ”-deyə o bildirib.
Qedy edək ki, bu ayın əvvəlində İraqın müdafiə naziri Zabet Əl-Abbasi Əl-Hədas televiziyasına verdiyi açıqlamada Amerika qüvvələrinin 2026-cı ilə qədər ölkəni tərk edəcəyini bildirib.
İki həftə əvvəl “Reuters” məlumatlı mənbələrdən bildirib ki, Bağdad və Vaşinqton ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraq ərazisindən çıxarılması planı ilə bağlı razılığa gəliblər.
Bundan əvvəl İraq Xarici İşlər Nazirliyi amerikalı əsgərlərin yaralanması ilə nəticələnən “Ayn əl-Əsəd” bazasının bombalanmasına istinad edərək, “inkişaflar” səbəbindən danışıqların təxirə salındığını açıqlamışdı.
Buna baxmayaraq, amerikalı nümayəndələr qoşunların tamamilə geri çəkilməsindən narahat olduqlarını bildirərək . Hesab edilir ki, ABŞ qüvvələrinin İraqdan çıxması İŞİD-ə öz sıralarını yenidən güclənməsinə təkan verə bilər.
İraq Baş naziri hesab edir ki, siyasi baxımdan ABŞ və İran arasındakı münasibətlər anlaşılan olmalıdır. “Digər bir tərəfdən İran və ABŞ arasında münasibətlərin nizamlanması ortaq maraqlara xidmət edir. İran İŞİD-i məğlub etməkdə Bağdadı dəstəklədi. İraq yeganə ölkədir ki, İran və ABŞ ilə ikitərəfli münasibətləri fərqləndirir və İraq onların vasitəsilə iki ölkənin fikirlərini bir-birinə yaxınlaşdırmağa çalışır”-deyə Əl-Sudani bildirib.