BEYRUT,ArabAZ
İrana zərbə endirdikdən sonra hamı gücümüzü anlayacaq,ArabAZ xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant çərşənbə günü hərbi hava bazasına səfəri zamanı Tehranın bu ayın əvvəlində İsrailə atdığı raket dalğasına gözlənilən cavab cavab haqqında danışarkən bildirib.
Qalant pilotsuz təyyarələrin, müdafiə raketlərinin və hava patrullarının idarə edilməsində ixtisaslaşan Hatzor Hava Bazasının pilotları və texniki heyəti ilə görüşüb.
“Biz İrana hücum etdikdən sonra hər kəs hazırlıq və təlim prosesində nə etdiyinizi başa düşəcək. Bir il əvvəl bizi əzmək və məğlub etmək arzusunda olan hər kəs bunun bədəlini ağır ödədi və artıq onlar yoxdurlar.Hərbi Hava Qüvvələri bu məsələdə mühüm rola malikdir… Bizə zərər verməyə çalışan hər kəs zərər görəcək və bu, İrana da aiddir”-deyə o bildirib.