DƏMƏŞQ,ArabAZ
Yanvar ayı İranda başdan ayağa qara yadır. Molla rejimi yanvar ayında baş verənləri unutmaqda olduqca çətinlik çəkir. Çünki məhz elə 2020-ci ilin yanvarın rejimin qırmızı xətti olan Suriya qəssabı Qasim Süleymani öldürülüb. İran bunun qisasını alacağını desə də,Tehranın Qərbə olan siyasi səbri buna imkan vermir. Çünki mollaların işi yalnız müsəlman dövlətlərlədir.
Yanvarın 20-si isə qaraya bürünərək, islam vəhdətindən danışıan amma reallıqda Ermənistana olduqca dəstək verən əyalət və vilayət mollaları üçün daha ağır olacaq… Tramp gəlir…
Həm də Trampın Tehranda zəkat və xüms pulu ilə dolanan mollalara agır sanksiyalar tətbiq edəcəyi də olduqca ehtimal edilir. Bu sanksiyualar xüsusən də Bəşşar Əsədi hakimiyyətdə saxlamaq üçün milyardlar xərcləyən mollalar üçün olduqca baha başa gələcək. Təbii ki, Əsədin həyatı Müəmmər Qəddafi və Əli Abdullah Salehin həyatı kimi ola bilərdi lakin İranın “Müqavimət oxunun” aslanı əslində dovşan çıxdı.
Əsəd əslində eyni ideologiyaya sahib olduğu Səddam Hüseyn ilə də şərəfli ölümü seçə bilərdi… amma bu çərəf də ona qismət olmadı.
Əsədin qaçması, Həsən Nəsrullah və Yəhya Sinvarın sui-qəsdlərinin, eləcə də Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunda qonaq olarkən İsmayıl Haniyənin öldürülməsinin şahidi olan İran sanki bir uğursuzluq “zolağına” düşüb.
Prezident Məsud Pezeşkian bəlkə də İranın ən bəxtsiz prezidentidir. Onun bədbəxtliyi çətin zamanı prezident olması idi. Bu adam, müharibələri bitirmək ümidi ilə reputasiyasına qədəm qoyacağını ümid edirdi. Yəqin ki , Pezeşkianın prezidetn portfelində iqtisadi böjranla mübarziə də var idi. Bütün bunlara baxmayaraq Suriya dosyesi heş vaxt və heç bir prezidentin portfelində olmayıb. Bu məsələ bir başa SEPAH və Qüds Qüvvələrinin generalları və ahıl yaşı ali liderin nəzarəti altında olub.
Nəticələr təhlilin özü qədər ağrılı olsa belə, oyunun vəziyyətini başa düşmək lazımdır. Pezeşkian bilir ki, HƏMAS şiddətlə döyüşüb. Lakin o, Qəzzanın tezliklə hərbi arenadan çıxacağını və onun yenidən qurulmasına və yaralarına qulluq edəcəyini də bilir. Fələstinli məhbusların azad edilməsinə səbəb olan məhbusların mübadiləsinə dair saziş bağlansa belə, Qəzzanın viran olduğu və insan həyatı üçün ağır qiymət ödədiyi fakt olaraq qalır.
Hizbullaha gəlincə, Hizbullah da İsrailə qarşı şiddətli vuruşdu və ağır bədəl ödədi. Lakin bu, onun iki böyük itki verməsi faktını dəyişmir.Əvəz olunması az qala qeyri-mümkün olan Nəsrullahı itirməsi və bunu nəticəsi kimi Suriya kimi bazarın əldə çıxması İrana olduqca ağır zərbədir.
Yaxın Şərq tələlər, çətinliklər və sürprizlərlə dolu sərt bir yerdir. Pezeşkian bu ayın Tehranda hansı ağrılı rezonans doğurduğunu yaxşı bilir.