Bakı,ArabAZ

COP29 ərəfəsində təzyiq hücumlarına, boykot çağırışlarına baxmayaraq, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinə yüksək səviyyədə hazırlaşdı. Bakının ev sahibliyi ilə keçirilən COP29 uğurla öz işinı başlayıb. Bununla da Azərbaycan düşmənlərinin mərkli planlarını alt-üst etməklə onları bir daha məyus etmiş oldu.

Amma biz COP29 çərçivəsində də Azərbaycanın nüfuzuna xələl gətirən təxribatxarakterli aksiyalara şahidlik etməkdəyik.

Son bir neçə gündə İslamı əlində bayraq edən İranın erməni lobbisi və Ermənistanla birgə Bakıda keçirilən COP29 tədbirini hədəf almasının şahidi olmaqdayıq. Düzdür, son illərdə dəfələrlə İranın ermənilərdən daha çox erməniçilik etdiyinin, mövqe sərgilədiyinin şahidi olmuşuq.

İran bu dəfə də Ermənistan, erməni lobbisi və bəzi Qərb ölkələri ilə əlbir olaraq qlobal iqlim dəyişikliyi adı altında Azərbaycan və Türkiyəni hədəf seçərək təxribata əl atıblar. Bu qüvvələr dünyanın bir çox ölkəsində yalan, iftira dolu ittihamlarla Azəbaycan və Türkiyə səfirlikləri qarşısında aksiyalar təşkil etməklə diqqəti Fələstindəki qətllərə çəkməyə cəhd edirlər. Bu cür dezinformasiya xarakterli təxribatçı tədbilərin də məlumatlarını ilkin olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayır. Bundan sonra isə SEPAH-a istinadən həm erməni media, həm də onların nəzarətində olan xarici media qurumları tirajlayırlar.

Burada əsas iki məqam ortaya çıxır: birincisi, İran və Ermənistan qlobal ilqim dəyişikliyinə qarşı mübarizədə üzərlərinə düşən məsuliyyətdən boyun qaçırıb diqqəti yayındırmağa çalışırlar. Çünki İran və Ermənistanın yaşadığımız bölgədə iqlim dəyişikliyinə vurduğu ziyan hamıya bəllidir. Ermənistanın mədənçilik və digər sənaye obyektləri nəticəsində bölgənin sularının çirkləndirilməsinə, Metsamor Atom Elektrik Stansiyasının, Azərbaycana qarşı yürütdüyü 30 illik işğal siyasəti bölgədə ekoloji fəlakətə səbəb olmaqdadır.

İran da qlobal iqlim dəyişikliyinə yetərincə ziyan vurmaqdadır. Təkcə bir fakta diqqət yetirməklə İranın ekologiyaya vurduğu ziyanın miqyasını qeyd edə bilərik. İranın aqrar sahəni inkişaf etdirmək adı altında Urmiya gölündə yaratdığı fəlakət bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir.

İkinci məqam isə bölgədə münaqişələr və böhranlar yaratmaqla qlobal iqlim dəyişikliyinə vurduqları ziyandır. Bu gün dünyadakı münaqişələr, müharibələr ekologiyaya və ətraf mühitə ciddi surətdə mənfi təsir göstərən amildir. Ermənistan işğalçılıq siyasəti və ekoloji terroru ilə Cənubi Qafqazın ekologiyasına və ətraf mühitinə ciddi surətdə mənfi təsir göstərib.

İranın isə bu istiqamətdə törətdiyi fəlakətəin miqyası daha genişdir.

Əslində, Tehran Azərbaycan və Türkiyəni İsraillə əməkdaşlıqda və Fələstin hadisələrində ittiham etməyə cəhd etməklə özünün Yaxın Şərqdəki münasişənin başlanmasındakı rolunu və günahsız insanların qətliamında xüsusi rol oynmasından yayınmağa çalışır. Bu yolla diqqəti başqalarının üzərinə atmağa çalışır.

Son illərdə Yaxın Şərqdəki böhranların yaranmasında İranın müstəsna rolu olub və bu gün də davam etməkdədir.

7 oktyabr 2023-cü il HƏMAS-İsrail toqquşmasının arxa planda durması və onun daha kəskin xarakter almasında İranın olduğu da çoxlarına bəllidir.

Türkiyənin və Azərbaycanın bu münaqişədəki mövqeyi ilk gündən bəllidir və tərəflər bunu açıq şəkildə bəyan edib.

Türkiyə ilk gündən beynəlxalq aləmi HƏMAS-İsrail müharibəsinə cəlb etmək və qətliamın dayandırılması istiqamətində bütün səylərini səfərbər etməkdədir. İstər Fələstin-İsrail qarşıdurması olsun, istərsə də bunun nəticəsində Yaxın Şərqdə yaranan gərginliyin aradan qalxıb sabitiliyin bərpa olunması Ankaranın yürütdüyü xarici siyasətinin ana xəttini təşkil etməklə yanaşı, gündəliyində duran bir nömrəli məsələdir.

Ankardan fərqli olaraq Tehran Yaxın Şərqdəki münaqişənin alovlanaraq daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq əvəzinə, bu alovu daha da qızışdırmağa çalışır. Bununla da Tehran İsrail və başda ABŞ olmaqla digər maraqlı güclərin əlinə oynayır. Ümumiyyətlə İranın İsrail və kollektiv Qərblə Yaxın Şərqdəki böhranlar məsələsində alt qatda əməkdaşlığı faktdır və bu barədə beynəlxalq ekspert və politoloqlar tərəfindən də dəfələrlə fikirlər səslənib.

Burada üçüncü bir məqam da ondan ibarətdir ki, Tehran və İrəvanın bu fitnəsinin arxasında Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətinə xələl gətirmək planı dayanır. Onlar yaxşı anlayır ki, Bakı və Ankara birgə fəaliyyəti həm də qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə ciddi töhfə olacaq. Azərbaycan və Türkiyə qlobal iqlim dəyişikliyinə qarşı mübarizə məqsədləri ilə öz gələcək inkişaf strategiyalarının hədəflərini müəyyən edərək genişmiqyaslı tədbriləri hazırlayaraq həyata keçirməkdədirlər. Bura “yaşıl iqtisadiyyata”, “yaşıl enerjiyə” keçiddən tutmuş bütün digər məsələlər daxildir.

Amma İran və Ermənistan bu məsələdən yayınmaqdadır. Əgər belə olmasaydı İran prezidenti Məsud Pezeşkian COP29-da qatılmaqdan son anda imtina etməzdi

Dördüncüsü, Tehran və İrəvan “fəaliyyəti” ilə Azərbaycanın belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil edib uğurla ev sahibliyi etməsinə, yumşaq desək qısqanclıqdan irəli gəlir. Ona görə də bu cür təxribatlara əl atmaqla tədbirin əhəmiyyətini gözdən salmağa və xələl gətirməyə çalışırlar. Amma yanılırlar. Onların qərbli dostları buna nail ola bilmədilərsə, Tehran və İrəvanın səyləri də boşa çıxacaq.

Mürtəza
Ölkə.Az

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version