BEYRUT,ArabAZ
Bu gün Livan paralmanetində prezidentin seçilməsi ilə bağlı iclas keçiriləcək.ArabAZ xəbər verir ki, president postu Livanda 2022-ci ilin oktyabrında boş qalıb . Livanlı millət vəkilləri keçmiş prezident Mişel Övnə varis təyin etmək üçün azı 12 dəfə cəhd etsələr də, bu vaxta qədər heç bir nəticə əldə olunmayıb.
Habelə ölkənin yerli KİV-ləri bu gün keçiriləcək səsvermədə yeni dövlət başçısının seçilmə ehtimalı yüksək qiymətləndirir. Əsas namizəd livanlı ordu komandiri Yusif Övndür. Qeyd olunan namizədin ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən də dəstəkləndiyi bildirilir.