Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

İraq Bakıdan dünyaya çağırış etdi

İyun 24, 2026 3:29 axşam
Paylaş
Paylaş

İraq çərşənbə günü İslam dünyasının problemlərini qorumaq və müsəlman ölkələri arasında inteqrasiyanı gücləndirmək üçün vahid mövqe nümayiş etdirməyə çağırıb.

ArabAZ xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransında çıxış edən İraq parlamentinin birinci sədr müavini və nümayəndə heyətinin rəhbəri Adnan Faihan regionun üzləşdiyi böhranlara qarşı birgə addımların atılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, parlament diplomatiyasının və iqtisadi inteqrasiyanın gücləndirilməsi İslam dünyası xalqlarının maraqlarının qorunmasına, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə birbaşa töhfə verir.

Regional təhdidlər və beynəlxalq hüququn pozulması

Adnan Faihan Fələstin ərazilərinə, xüsusilə Qəzza zolağı və Qüdsə edilən hücumları, Livana qarşı təcavüzü, həmçinin İran İslam Respublikasına yönələn ABŞ və sionist müharibəsini beynəlxalq hüququn açıq şəkildə pozulması və regionun sabitliyinə birbaşa təhdid kimi qiymətləndirib:

“İslam dövlətlərinin suverenliyini qoruyan, xalqların maraqlarını müdafiə edən, region ölkələri arasında gərginliyi və eskalasiyanı dayandırmağa kömək edən vahid İslam mövqeyinə ehtiyac var. Biz xarici müdaxilələri və münaqişələrin həllində kənar güclərə həddindən artıq arxalanmağı rədd edirik.”-deyə o bildirib.

Xüsusilə beynəlxalq ticarət və su yollarının təhlükəsizliyinə yönəlmiş artan təhdidlərə diqqət çəkən İraq rəsmisi, müştərək su və dəniz təhlükəsizliyinin qorunması üçün İslam ölkələrinin səylərini əlaqələndirməsinin zəruri olduğunu bildirib.

Faihan, həmçinin qeyd edib ki, müsəlman ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, daxili qanunvericiliyin təkmilləşdirilməsi, kapitalın hərəkətinin asanlaşdırılması və birgə investisiyaların təşviqi ərzaq və iqtisadi təhlükəsizliyin təmin edilməsində, xarici təzyiqlərə müqavimət göstərilməsində mühüm rol oynayır.

Çıxışının sonunda parlamentin birinci sədr müavini İraqın dialoq və inteqrasiyaya inandığını, İslam dünyasında davamlı inkişafı və sabitliyi hədəfləyən bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İraq

İraq bir milyon turist cəlb etməyi planlaşdırır

Müəllif:
ArabAZ News
BƏƏRedaktorun seçimi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

Körfəz ölkələrini birləşdirən 5 strateji layihə

Müəllif:
ArabAZ News
İraqKüveytSəudiyyə Ərəbistanı

Səudiyyə Küveytə edilən hücumları qınayıb

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.