Bağdad,ArabAZ
İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani İsraili Qəzza və Livana qarşı “amansız” müharibə apardığı üçün müntəzəm olaraq beynəlxalq qanunları pozan “işğalçı qurum” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti Təl-Əvivə qarşı hərəkətə keçməyə çağırıb. ArabAZ xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu iclasında çıxış edən Əl-Sudani deyib ki, İsrailin maneəsiz hərəkətləri nəticəsində Yaxın Şərqdə münaqişə artıb.
“İsrailin Qəzzaya qarşı müharibəsi əsasən qadın və uşaq olmaqla 41 min insanın ölümü ilə nəticələnib.Onun Livandakı hücumları yüzlərlə insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olub”-deyə, Əl-Sudani deyib.
O, BMT və Təhlükəsizlik Şurasında İsrailin Fələstin və Livan xalqlarına qarşı “təcavüz”ünün qarşısını almadığı üçün “məyusluğunu” ifadə edib.
Əl-Sudani BMT-nin “beynəlxalq təhlükəsizliyi, sabitliyi və insan haqlarını” təmin etmək qabiliyyətinə dair kritik sınaq qarşısında olduğunu deyib.
“Bu gün biz BMT nizamnaməsinin və beynəlxalq qanunların pozulduğunun, öz müqəddəratını təyinetmə hüququna məhəl qoyulmadığının şahidi oluruq.Təhlükəsizlik Şurası gücsüz və rolsuz olduğu halda dünya genişmiqyaslı qarşıdurma və münaqişəyə doğru sürüklənir”.-deyə o bildirib.