İraq OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) sıralarını tərk etmək niyyətində deyil, lakin rəsmi Bağdad istehsalçı qrup daxilində özü üçün ədalətli bir hasilat kvotası müəyyən edilməsini istəyir. Bu barədə İraqın Baş naziri Əli Əl-Zeydi Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına verdiyi eksklüziv müsahibədə bəyan edib.
İraq OPEK – dən çıxır, yoxsa hasilat kvotasında artım istəyir?
ArabAZ xəbər verir ki, iyun ayında yaydığı eksklüziv hesabatda qeyd olunurdu ki, Səudiyyə Ərəbistanından sonra kartelin ikinci ən böyük neft istehsalçısı və təşkilatın beş qurucu üzvündən biri olan İraq, neft hasilatını ciddi şəkildə artırmasına icazə verilməyəcəyi təqdirdə OPEC-dən çıxmağı nəzərdən keçirir.
Baş nazirin ofisindən cümə axşamı (9 iyul 2026-cı il) edilən rəsmi açıqlamaya görə, Əl-Zeydi bu ay Vaşinqtona planlaşdırılan rəsmi səfəri ərəfəsində İraqın ABŞ ilə yeni bir siyasi əməkdaşlıq və iqtisadi tərəfdaşlıq sazişi elan edəcəyini də diqqətə çatdırıb. Regionda qonşusu İran və Vaşinqton arasındakı əlaqələrdə həssas bir balans qoruyan İraqın hökumət rəhbəri, rəsmi Bağdadın bu iki düşmən tərəf arasında “yaxınlaşma mühiti” yaratmağa çalışdığını vurğulayıb.

