BAĞDAD,ArabAZ
İslamçı meylləri ilə seşilən, həkim Mahmud Əl-Məşhədani İraq parlamentinin sədri vəzifəsindən azad edildikdən təxminən 16 il sonra yenidən ölkə gündəminə daha doğrusu parlamentə gəldi.
Əl-Məşhədani 1948-ci ildə Bağdadda anadan olub. İbtidai və orta təhsilini orada başa vurub, sonra 1966-cı ildə Tibb Kollecinə daxil olub və bakalavr dərəcəsi alıb, daha sonra 1972-ci ildə birinci leytenant həkim rütbəsi ilə məzun olub. O uzun müddət İraq ordusunda həkim işləyib.
Dünən parlamentin sədri seçilən Əl-Məşhədani İraqda 2003-cü ildən sonra ilk seçilən ( təyin olunmayan) aədrdir. O, 2008-ci ildə də Ərəb Parlament İttifaqının prezidenti seçilib.
2022-ci ildə ən yüksək səviyyəli üzv kimi sessiyaya rəhbərlik edərkən Əl-Məşhədani hücuma məruz qaldı, nəticədə o, parlament sessiyadan uzaqlaşdırılaraq xəstəxanaya yerləşdirildi.
2003-cü ildən sonrakı rejimin “qurucuları” nəslindən biri kimi təsnif edilən Əl-Məşhədanidən fərli olaraq,parlamentdə olan Tariq Əl-Haşimi, Xələf Əl-Olayan və Əl-Mutlaq, Rafi Əl-İssavi, İyad Əl-Samarrai kimi siyasi proseslərdən kənarda qaldılar.
Əl-Məşhədaninin İraqdakı siyasi oyunun bir çox iplərini hələ də əlində saxlayan şiə lideri Nuri əl-Maliki olduqca sıx əlaqələri var.
Əl-Malikinin sünnilər arasında olan rəqabətə girməsi sünni siyasi blokda daha da parçalanmaya gətirib çıxardı və bu, Əl-Məşhədanini heç bir ambisiyası olmayan bir sünni kimi dəstəkləmək üçün şiələr arasında konsensusuna səbəb oldu.
Əl-Maliki ilə tam razılığa gəlməmişdən əvvəl, Əl-Məşhədani siyasi fəaliyyətinin bütün illərində, xüsusən də 2006-cı ildə parlamentin sədrliyinə gələrkən şiə liderlərini çox tənqid edirdi.
Milli barışıq cəhdləri uğursuzluqla nəticələnəndə o dövrdə ölkəni bürümüş qaynayan məzhəb zorakılığından Əl-Məşhədani 2008-ci ildə istefaya getməyə məcbur oldu.
Sonrakı illərdə İraqın terrorçu İŞİD-in işğalı nəticəsində yaranan gərginlik başladı. Həmin dövrdə Əl-Məşhədani mediada ziddiyyətli çıxışlar istisna olmaqla, sanki səhnədən kənarda idi.
Ekspertlər hesab edir ki, Əl-Məşhədaninin parlamentin sədri vəzifəsinə qayıtması Əl-Maliki tərəfdarlarının 2025-ci ildə keçiriləcək növbəti parlament seçkilərində Malikinin baş nazir vəzifəsinə qayıtması istəyindən xəbər verir.