Bağdad,ArabAZ
İraq Beynəlxalq Kitab Sərgisinin beşinci sessiyasının fəaliyyəti sabah, çərşənbə günü, dekabrın 14-nə qədər davam edəcək.ArabAZ xəbər verir ki, sərgi Bağdad da baş tutacaq.
Sərgi 2003-cü ildə Dəməşqdə olan sonra Bağdada köçmüş media və mədəniyyət qurumu olan Əl-Mada Media, Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunur.
Bu il keçirilən sessiyada 17 ərəb və xarici ölkədən 350-dən çox nəşriyyat evi iştirak edir.
Beşinci sərgi “Livan” adını daşıyır, ondan əvvəlki sərgi isı “Fələstin” adını daşıyıb və bu adlar Livan və Fələstin xalqları ilə həmrəylik nümayişi olaraq seçilib.
Sərgidə eyni zamanda livanlı ziyalılar və mütəxəssislərin iştirak edəcək, dialoq və mədəni sessiyalar Livana həsr olunacaq,eləcə də Livan irsinin simvolları nümayiş etdiriləcək.
Sərgi proqramına İraq və digər ərəb ölkələrindən olan ziyalıların və yazıçıların qatıldığı bir çox intellektual və mədəni sessiyalar, poeziya seansları, yeni kitablar üçün imza mərasimləri və müxtəlif bədii konsertlər, İraqdakı siyasi hərəkatlarla bağlı seminarlar daxildir.